ATƏT PA-nın yaz sessiyasinda Ermənistanın Azərbaycana qarşı cinayətləri açıqlanıb
30-06-2021 [21:24]
ATƏT PA-nın yaz sessiyasi çərçivəsində Demokratiya İnsan haqları və humanitar məsələlər Komitəsinin onlayn iclası keçirilib.
Iclasda çıxış edən Ermənistan nümayəndə heyətinin üzvləri öz nitqlərində Dağlıq Qarabağ mövzusuna toxunaraq, Azərbaycanda olan erməni əsirlərinin hüquq və azadlıqları, Dağlıq Qarabağ ərazisində ermənilərə məxusus dini, mədəni abidələrin qorunmasından narahat olduqlarını dilə gətirib.
Azərbaycan nümayəndə heyətinin üzvü deputat Əminə Ağazadə erməni tərəfinin iradlarına cavab olaraq bildirib ki, dövlətlər öz ərazilərini işğal etmir, əksinə, öz torpaqlarını azad edir. Və bu faktdır ki, Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını azad edərək ərazi bütovlüyünü bərpa etmişdir.
Deputat qeyd edib ki, Azərbaycan ərazisindəki bütün mədəni və dini abidələr Azərbaycan dövlətinin və xalqının mədəni irsinə aiddir.
Ermənistan həm 30 ildir işğal etdiyi ərazilərdə, həm də Ermənistan ərazisində Azərbaycanın mədəni irsini məhv etmək, dağıtmaq və mənimsəmək üçün sistematik siyasət yürüdüb. Ermənistan tarixi abidələri dağıtmaqla, onların memarlıq xüsusiyyətlərini dəyişdirməklə və “arxeoloji” qazıntılar aparmaqla öz qarşısına Azərbaycan mənşəyindən xəbər verən hər hansı bir işarənin tamamilə silinməsini hədəfləyən məqsədlər qoyub.
Məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar, arxeoloji sahələr, həmçinin muzeylər, kitabxanalar və digər mədəniyyət obyektləri ya tamamilə məhv edilib ya da talan edilib. Məscidlər dağıdılmış və xarabalığa çevrilib. 67 məsciddən 64-ü darmadağın edilib və ya ciddi ziyan görüb. Xarakterik xüsusiyyətlərini dəyişdirmək məqsədi ilə bir çox orijinal Azərbaycan mədəni obyektləri amansız müdaxilələrə məruz qalıb;
Bu hərəkətlərin umumilikdə 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni mülkiyyətin qorunması” üzrə Haaqa Konvensiyası və onun iki Protokolunun, “Qeyri-qanuni qadağan edilmə və mədəni sərvətlərə sahiblik hüquqlarının idxalı, ixracı və ötürülməsinin qarşısının alınması” Konvensiyası kimi YUNESCO sənədləri də daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını tərənnüm edir.
Ermənistan YUNESCO-nun və digər ixtisaslaşmış beynəlxalq qurumların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə və oradakı mədəni irsin vəziyyətini qiymətləndirməsinə davamlı olaraq mane olmuş, Azərbaycanın bu məqsədlə YUNESCO-ya və digər oxşar təşkilatlara etdiyi çoxsaylı müraciətləri icra olunmamış qalıb. Bu da öz növbəsində Ermənistanın cəzasızlıq hissinin formalaşmasında rol oynayıb. Reallıqda Ermənistanın sistematik vandalizm aktları qarşısında Azərbaycan öz mədəni irsini qorunmaq imkanlarından məhrum olub.
Azərbaycan dövləti ən yüksək səviyyədə azad olunan ərazilərdəki bütün mədəni və dini abidələrin mənşəyindən asılı olmayaraq lazımi qaydada bərpa ediləcəyini, orada yenidənqurma işlərinin aparılacağını qətiyyətlə bildirir. Bizim həm ölkə daxilində, həm də xaricdə multikulturalizmin təbliğində təcrübəmiz bu baxımdan əhəmiyyətli zəmanət verir. Azərbaycan Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırına müntəzəm səfərlərini asanlaşdırmaqla artıq erməni mənşəli vətəndaşlarına qarşı da öz humanist niyyətlərini nümayiş etdirir.
Roma Papası Fransisk tərəfindən dünya üçün bir nümunə olaraq qiymətləndirilən Azərbaycan bütün dünya ictimaiyyətinə özünü fərqli mədəniyyətlərin, etnik və dinlərin dinc və birlikdə yaşadığı bir ölkə olaraq tanıda bilib. Azərbaycan özünü bu ideyaların əsl təbliğatçısı kimi sözlərlə deyil, “Bakı Рrоsеsi" və digər təşəbbüsləri ilə sübut edib. Azərbaycan bu nailiyyətləri davam etdirməyə davam edəcək və mədəni hüquqları da daxil olmaqla, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq hər bir vətəndaşı üçün bütün hüquqları təmin edəcək.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının humanitar yardım üzrə rəhbər prinsiplərinə tam uyğun olaraq bölgədəki sülhə və sabitliyə töhfə verməyə hazır olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər BMT qurumları ilə yanaşı ayrı-ayrı dövlətlər də daxil olmaqla müvafiq beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır. Bu cür yanaşma beynəlxalq hüquqa, BMT-nin humanitar yardım, münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsindəki fəaliyyətini tənzimləyən müvafiq qətnamə və sənədlərinə əsaslanır və münaqişənin vurduğu yaraların aradan qaldırmasına yönəlmiş qarşlıqlı etimad tədbiri kimi mühüm rolunu oynayacaq/Report.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub