İri kabel yayımçılarının rəhbərlərinə xəbərdarlıq olundu - MTRŞ-da toplantı
30-06-2021 [15:00]
Bu gün Milli Televiziya və Radio Şurasında Əqli Mülkiyyət Agentliyinin səlahiyyətli nümayəndələri və iri kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilib.
MTRŞ-dan Mia.az-a bildirilib ki, görüşü giriş sözü ilə açan Şura sədri İsmət Səttarov qonaqlara yeni "Media haqqında" qanun layihəsi barədə məlumat vermiş, qanun layihəsində audiovizual media sahəsi ilə bağlı yenilikləri diqqətə çatdııb.
Daha sonra Şura sədri kabel və İPTV yayımı sahəsində əqli mülkiyyət məsələləri ilə bağlı mövcud problemlərdən danışıb, Şuranın bu məsələyə bundan sonra daha həssas yanaşaraq Əqli Mülkiyyət Agentliyi ilə birgə fəaliyyət göstərəcəklərini vurğulayıb.
Əqli Mülkiyyət Agentliyinin Hüquq, apelyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərov çıxışında bildirib ki, son zamanlar həqiqətən də kabel yayımı sahəsində əqli mülkiyyət məsələləri ilə bağlı bir sıra problemlər mövcuddur. Yayım zamanı əqli mülkiyyət hüquqlarının lazımi səviyyədə qorunmaması ölkəmizin reytinqinə mənfi təsir göstərir. Lakin həm kabel opertorlarının, həm müvafiq dövlət qurumlarının birgə səyi və daha geniş maarifləndirmə fəaliyyəti nəticəsində qısa bir zamanda bu problemləri dünya təcrübəsinə əsaslanaraq həll etmək mümkündür.
Şura sədri son zamanlar media sahəsində həyata keçirilən islahatların davamı olaraq audiovizual mediada əqli mülkiyyətin qorunması tədbirlərinin gücləndirilməsinin zəruriliyini qeyd edib. O bildirib ki, 1 avqust 2021-ci il tarixdən etibarən Milli Televiziya və Radio Şurası xarici televiziya kanallarının retranslyasiyasına hüquq verən müvafiq müqavilə olmadan həmin kanalların operatorların yayım paketlərinə daxil edilməsinə görə kabel (həmçinin İPTV) yayımçılarına qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata keçirəcəkdir.
Daha sonra Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov və Əqli Mülkiyyət Agentliyinin şöbə müdiri İqbal Əsgərov kabel operatorlarının rəhbərlərinin suallarına cavab verib, əqli mülkiyyət sahəsində onları maraqlandıran məsələlər barədə müzakirələr aparılıb.
Bu kimi tədbirlərin digər kabel operatorlarının iştirakı ilə də təşkil olunmasının zəruriliyi, həmçinin, yayım və retranslyasiya zamanı əqli mülkiyyətin qorunmasının hüquqi və texniki aspektləri ilə bağlı daha geniş tədbirlərin keçrilməsinin vacibliyi bildirilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ vitse-prezidenti Bakıya gəlir - Bu tarixdə (Yenilənib)
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...