"Mediasiya haqqında" qanuna dəyişikliklər qəbul edilib - DETALLAR
25-06-2021 [13:36]
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Mediasiya haqqında" qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Mia.az xəbər verir ki, dəyişikliklə mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olacaq.
Hazırda qüvvədə olan qanuna əsasən, mediasiya təşkilatı hüquqi şəxs statusunda idi.
“Mediasiya haqqında” qanuna görə, 1 iyul 2021-ci ildən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunacaq. Qüvvədə olan qanunun 21.10 və 29.4-cü maddələrinə əsasən, tərəfin mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdı. Bu maddələr ləğv olunub.
Mediatorun da vəzifəsi artırılıb. Artıq tərəflər deyil, mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməyə borclu olacaq.
Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Qüvvədə olan qanuna görə, belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılacaqdı. Dəyişikliyə əsasən, bunun üçün ilk öncə tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanması əsas götürüləcək. Başqa sözlə, tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılacaq.
Hazırki qanunvericiliyə əsasən, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi və ya bu barədə mediator tərəfindən tərtib olunmuş protokolun məhkəməyə təqdim olunması, məhkəmənin bununla bağlı tərəflərin iştirakı ilə keçirilmiş iclasda onların razılığı ilə iş üzrə icraata xitam verməsi nəzərdə tutulub.
Təklif edilən dəyişikliyə əsasən, mediator tərəfindən tərtib olunmuş protokol siyahıdan çıxarılır, yalnız barışıq sazişi əsas götürüləcək. Başqa sözlə, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunacaq. Məhkəmə də həmin barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam veriləcək.
Qüvvədə olan qanuna əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər və barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur. Dəyişikliyə əsasən, notariusa bu sahədə verilən səlahiyyət ləğv olunur. Beləliklə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə biləcək. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunacaq.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub