“Sabah”ın futbolçusu Türkiyədə top qovacaq

img

23-06-2021 [12:31]


“Sabah”ın futbolçusu Ozan Can Kökçü karyerasını Türkiyədə davam etdirəcək.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, ötən mövsümün ikinci dövrəsini icarə əsasında Niderlandın “Telstar” klubunda keçirən 22 yaşlı yarımmüdafiəçi Türkiyə I Liqa təmsilçisi “Eyüpspor”la anlaşıb.

Yığma komandamızın üzvü ilə şəxsi razılıq əldə olunsa da, bu keçiddə son sözü “Sabah” klubu deyəcək. Çünki oyunçunun bakılılarla müqavilə müddəti gələn ilin yayına qədərdir. Kökçü transfer vərəqəsini “Sabah”dan alarsa, “Eyüpspor”a keçidi rəsmiləşəcək.

Qeyd edək ki, Ozan Can Kökçü daha əvvəl Türkiyədə “Bursaspor” və “Giresunspor”un formasını geyinib/APAsport.

Digər xəbərlər
SON XƏBƏRLƏR