Vüqar Rəhimzadə: “Ermənistandakı seçkilərin nəticələri həm də Qərbin qələbəsi deməkdir”
SİYASƏT
21.06.2021, 23:57
"Bu gün regionun və dünyanın siyasi mənzərəsinə diqqət yetirdikdə bu reallıq özünü qabarıq şəkildə büruzə verir ki, Azərbaycanın tarixi Zəfəri yeni əməkdaşlıq formatlarının yaranmasına geniş imkanlar yaratmaqla yanaşı, beynəlxalq aləmi həqiqətlərə düzgün yanaşma ortaya qoymağa məcbur edir. Bu isə dünyanın yeni siyasi mənzərəsinin formalaşmasını, hüquq probleminin aradan qaldırılmasını şərtləndirir. Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi də Azərbaycanın uğurlu siyasətinin, dövlətimizin başçısı İlham Əliyevin son 17 ildən artıq dövrdə Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində hazırlıq işlərinin sonda yol açdığı Qələbənin təqdimatıdır. Bu, qalib ölkənin qalib Liderinin Qələbəsi kimi də dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan etməklə yanaşı, bu bəyanatı da səsləndirirdi ki, heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacaq, haqq-ədalət gec-tez qalib olacaq".
Mia.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Otuz illik müstəqillik tarixinə malik Azərbaycanın 1993-cü ildən bu yana qazandığı uğurlara diqqət çəkən V.Rəhimzadə qeyd edib: “Son 17 ildən artıq dövr isə təkmilləşmə, yeniləşmə, bütün sahələrdə uğurlu islahatların həyata keçirilməsi, ən əsası idarəçilik sisteminin dövrün tələblərinə uyğunlaşdırılması bugünkü reallıqların açarıdır. Azərbaycan yeni inkişaf modelini ortaya qoymaqla dünyaya inkişafın, tərəqqinin, qısa zamanda, inkişaf etmiş ölkələr sırasında necə addımlamağın mümkünlüyünün yollarını göstərdi. Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycan güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrildi. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa siyasi və iqtisadi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, dünyanın yeni xarici siyasətinin Azərbaycanda müzakirə olunması dövlətimizin xarici siyasət kursunun nümunəviliyinin təqdimatı kimi qəbul olunmalıdır”.
Son 18 ilə yaxın dövrdə Azərbaycanın dünyanın enerji xəritəsini yenidən dəyişdirdiyini vurğulayan baş redaktor deyib: “Əməkdaşlığın coğrafiyası genişləndi.
Regional əməkdaşlıq beynəlxalq əməkdaşlığa doğru addımladı. Cənub Qaz Dəhlizi layihəsi uğurla başa çatdı. TANAP, TAP layihələri gerçəkləşdi. Hər layihənin uğurlu sonluqla başa çatması növbəti layihənin gündəmə gətirilməsinə səbəb olur. İqtisadi tərəqqi maliyyə imkanlarının artması ilə müşayiət olunur ki, bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlara yol açır. Minimum pensiyanın, əməkhaqqının artırılması, aztəminatlı ailələrə sosial müavinətlərin verilməsi və sair kimi biri-birindən əhəmiyyətli addımlar Azərbaycanı yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkana çevirdi. Azərbaycanın iqtisadi qüdrəti ordu quruculuğu sahəsində də mühüm işlərin görülməsini şərtləndirdi ki, bunun uğurlu nəticəsi 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə oldu. Azərbaycan bu Zəfəri ilə, eyni zamanda, beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik ölkə kimi də mövqeyini möhkəmləndirdi”.
“Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində Ermənistan regionun siyasi və iqtisadi həyatından təcrid olunaraq kənarda qaldı, ölkənin iqtisadiyyatı çökdü, əhalinin sosial durumu ağırlaşdı, Ermənistan xarici yardımdan asılı vəziyyətə düşdü”, - söyləyən baş redaktor bildirib ki, işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını bir daha təsdiqləyib:
"İqtisadi böhran içərisində çabalayan Ermənistan işğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalmaqla büdcəsinin 70-80 faizini erməni diasporunun ayırdığı vəsait hesabına formalaşdırdı. Ermənistan 44 günlük Vətən müharibəsində məğlubiyyəti ilə illərdir yaratdığı “məğlubedilməz erməni ordusu” mifini alt-üst etdi. Dünya ən güclü ordunun Azərbaycan Ordusu olduğunu nəinki təsdiqlədi, 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimizlə müharibə təcrübəmizin öyrənilməsinin vacibliyini bildirdi. Müharibə taktikamızın dərsliklərə salınacağı inkar edilmir".
V.Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi fəal diplomatiya Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa, erməni yalanlarını ifşa etməyə imkan verib: "Döyüş meydanında və informasiya cəbhəsində üstünlüyü əldə edən Azərbaycan bir daha bu reallığı ortaya qoydu ki, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təbliğat uğurlu olur, eyni zamanda, qələbə ilə başa çatır. Baxmayaraq ki, Ermənistan 30 ilə yaxın dövrdə havadarlarının dəstəyi ilə həqiqəti ört-basdır edir, yazdıqları saxta tarixi həqiqət kimi sırımağa çalışırdı. Bir sözlə, müharibədən sonra Ermənistanda yaşanan iqtisadi, siyasi böhran sonda növbədənkənar parlament seçkilərinə yol açdı. Ermənistan cəmiyyəti ayağa qalxdı, Köçəryan və Sarkisyanın simasında onilliklərlə insanları düşmənçilik ab-havasına kökləyərək ölkəni və xalqı qarət edən sistemi tarixin arxivinə göndərməyə məcbur etdi".
Düzgün müəyyənləşdirilən, hədəflərə əsaslanan siyasətin uğurların başlanğıcı olduğunu diqqətə çatdıran baş redaktor qeyd edib: “Prezident İlham Əliyev strateji hədəfləri düzgün müəyyənləşdirərək və hədəfə çatmaq üçün zəruri mexanizmləri formalaşdıraraq Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu. 30 ilin işğalına son qoyuldu, ədalət zəfər çaldı. Ermənistanda növbədənkənar parlament seçkilərində Koçəryan-Sarkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Revanşistlər bütün qüvvələrini səfərbər etsələr də, xaricdən ciddi dəstək alsalar da, iflasa uğradılar və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldılar”.
“Seçkilərin nəticələri həm də Qərbin qələbəsi deməkdir”, - söyləyən baş redaktor onu da bildirib ki, Nikol Paşinyanın Qərblə ciddi bağlantılarının olduğu, Soros Fondunun diktəsi ilə hərəkət etdiyi bir daha öz təsdiqini tapdı.
“Qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, işğalçı ölkə artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan bəhrələnə və dinc həyatını qura bilər. Dövlətimizin başçısı İlham Əliyevin təqdim etdiyi sülh modeli, yeni reallıqlar fonunda yaradılması zərurətə çevrilən əməkdaşlıq formatında Ermənistanın təmsilçiliyi işğalçı dövlətin çətinliklərdən xilası deməkdir”, - deyə o əlavə edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mətbuat katibinin diplomat qardaşı... - Məhkəmədə nələr ortaya çıxır?
Bugün, 21:51 SİYASƏT
-
Həsən Şaş narkoman çıxdı: kokain qəbul edirmiş
Bugün, 20:30 İDMAN
-
Oktyabrın ilk günlərində bəzi bölgələrə dolu düşəcək - Xəbərdarlıq
Bugün, 20:21 GÜNDƏM
-
İstefaya göndərilən sabiq nazirin adı partiyanın internet resurslarından tamamilə silinib
Bugün, 19:45 DÜNYA
-
Bu qurumlarda yoxlama aparılıb - İcra Hakimiyyəti, Ombudsman, Fondlar... (SİYAHI)
Bugün, 19:08 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
Bugün, 18:49 GÜNDƏM
-
Qanunsuz mərc oyunlarında rol alan klub rəsmiləri: onlar kimdirlər? - SİYAHI
Bugün, 18:43 İDMAN
-
Klub prezidentini başından güllələdilər - Bolqarıstanda
Bugün, 18:38 İDMAN
-
İlham Əliyev və Birinci xanım "ADEX 2026" və "Securex Caspian" silah sərgilərində - FOTOLAR
Bugün, 18:24 GÜNDƏM
-
Türkiyəli aktrisa 14 il əvvəl sonra xatırladığı parolla sərvət sahibi oldu
Bugün, 18:19 ŞOU-BİZNES
-
CHP-də gözlənilməz qərar - İstanbulda 3 bələdiyyə sədri partiyadan çıxarıldı
Bugün, 18:08 SİYASƏT
-
Azərbaycan ilə Rumıniya arasındakı dərin münasibətlər... - TƏHLİL
Bugün, 18:00 SİYASƏT
-
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Bugün, 17:52 İQTİSADİYYAT
-
Türkiyə və Azərbaycan birgə qırıcı təyyarə istehsal edib - İlk dəfə nümayiş olundu (FOTOLAR)
Bugün, 17:38 GÜNDƏM
-
Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
Bugün, 17:11 CƏMİYYƏT
-
Dövlət Komitəsindən Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qadınla bağlı - Açıqlama
Bugün, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Şahin Mustafayev İranda - Münasibətlərdə yeni mərhələ, yoxsa...(TƏHLİL)
Bugün, 16:53 SİYASƏT
-
20 mindən 50 min manata qaldırıldı - Pul köçürmələri edənlərə xəbərdarlıq, qayda yenidən dəyişdi (YENİLƏNİB
Bugün, 16:46 İQTİSADİYYAT
-
Tbilisidə erməni vandallığı: büstü zədələyən Ermənistan vətəndaşı saxlanıldı
Bugün, 16:35 GÜNDƏM
-
AZƏRBAYCANIN YENİ SİLAHLARI: dünyaya səs salacaq dron və... - PUA-ları yerində aşkarlayıb məhv edir + FOTOLAR (Yenilənib)
Bugün, 16:25 GÜNDƏM
-
Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalanıb - FOTOLAR
Bugün, 16:12 SİYASƏT
-
Ombudsmanın aylıq vəzifə maaşı 12 min manat müəyyənləşdi
Bugün, 16:01 GÜNDƏM
-
"Dövlət qulluğu haqqında" qanun dəyişdi: qudalar, ər-arvad, qardaş-bacı, övladlar... - Onlar eyni qurumda işləyə bilməyəcəklər!
Bugün, 15:42 CƏMİYYƏT
-
Pensiya qaydası dəyişir: hansı düsturla hesablanacaq? - DETALLAR (YENİLƏNİB)
Bugün, 15:37 İQTİSADİYYAT
-
NAXÇIVANDA SON 10 İLİN PENSİYA TƏYİNATLARI TƏFTİŞ OLUNUR - İndiyə qədər 300-dək insanın pulu ya kəsilib, ya da azaldılıb
Bugün, 15:34 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - Müzakirə + FOTO
Bugün, 15:21 GÜNDƏM
-
Yeraltı yataqlarla bağlı yeni qanun qəbul edildi
Bugün, 15:11 İQTİSADİYYAT
-
İkardi danışdı: “Hər şeyim var”
Bugün, 15:09 İDMAN
-
Ağsaqqallar Şurasının keçmiş sədrinə ağır cəza tələb olundu
Bugün, 14:57 SİYASƏT
-
Bulvar İdarəsinin sabiq rəhbəri hakim qarşısında - “Pulları Fuad müəllimə verirdim”
Bugün, 14:29 KRİMİNAL
-
BANK ALDI, MƏŞHUR ŞADLIQ EVİNİ SATDI - Mərkəzi Bankın sabiq sədri barədə maraqlı məlumat yayıldı
Bugün, 14:05 İQTİSADİYYAT
-
Nazirin birinci müavini Federasiya prezidenti seçildi
Bugün, 13:51 İDMAN
-
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır - 1 milyard dollarlıq
Bugün, 13:29 İQTİSADİYYAT