"Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq" - Ərdoğandanb yeni mesajlar
21-06-2021 [22:56]
“ATƏT-in Minsk Qrupunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərini təkrar-təkrar görməsi lazımdır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kabinet iclasından sonra xalqa müraciətində deyib.
Bildirib ki, Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı əlaqələrdə yeni dönəm başlayıb.
“Qarabağa yenidən həyat verməklə yanaşı, azərbaycanlı qardaşlarımızın bir daha bu cür fəlakətlər yaşamaması üçün bir millət, iki dövlət ruhuna uyğun şəkildə tədbirlərimizi alırıq. Qardaşım Əliyevlə birlikdə imzaladığımız və dünyaya elan etdiyimiz Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq. Bu bəyannamə çərçivəsində bir çox anlaşmanı çox yaxın zamanda Türkiyə və Azərbaycan olaraq imza altına alacaq, beləcə qardaşlığımızın hüquqi təməlini daha da gücləndirəcəyik. Şuşa Baş Konsulluğumuzun ən qısa müddətdə açılmasından Zəngəzur dəhlizinin bir an öncə işləməsinə qədər gündəmimizdəki hər bir başlığı qərarlılıqla və sürətlə həyata keçirəcəyik. Önümüzdəki aylarda ölkəmizdə gerçəkləşdirəcəyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında bu xüsuslarla əlaqəli konkret addımların çoxunu atmağı planlaşdırırıq”,- deyə R.T Ərdoğan bildirib/APA.
Türkiyə prezidenti Azərbaycana səfəri barədə fikirlərini davam etdirərək, deyib ki, quru yolu ilə Şuşaya gedərkən işğal və müharibə dönəminin dağıntılarını, ağrılarını, nəticələrini şəxsən görmək imkanı əldə edib
O, ən geci bir il ərzində işğaldan azad edilmiş bölgələrin yeni çöhrəyə qovuşacağına inandığını, bunun üçün Prezident İlham Əliyevdə lazım olan qərarlılığı və inancı gördüyünü bildirib: “Brüsseldən bir yerdə gəldiyimiz və birbaşa Azərbaycana səfər etmiş heyət üzvlərimizlə birlikdə quru yolu ilə Şuşaya gedərkən işğal və müharibə dönəminin dağıntılarını, ağrılarını, nəticələrini şəxsən görmək imkanı əldə etdik. Təxminən 30 il davam edən işğal dönəmində Qarabağ və qəsb edilən Azərbaycan torpaqlarında tək mismar vurulmaması ilə yanaşı, var olan mirasın da qəddarlıqla dağıdıldığını gördük. Hər tərəfin necə dağıdıldığını, necə yandırıldığını gördük. Minsk üçlüsünün xüsusilə buraları təkrar-təkrar görməsi lazımdır. Gəlin görün! Kim haranı 30 ildə nə hala gətirib bunu görün! İnfrastrukturun ya heç olmadığı, ya da tamamilə dağıldığı, tarixi və mədəni əsərlərin, evlərin, hətta ağacların yandırılıb dağıdıldığı bu gözəl coğrafiyanı yenidən ayağa qaldırma çalışmalarına da şəxsən şahid olduq. Çoxu Türkiyə mənşəli firmaların beş-altı ay kimi qısa bir müddətdə bizim Qara dəniz bölgəmizə bənzəyən çətin bir coğrafiyada bacardıqları önəmli işləri gördükdə ölkəmiz adına qürur duyduq. Yolların açılmağa, tunellərin tikilməyə başlandığı şəhər və istehsal müəssisələrinin yenidən inşa edildiyi bu bölgənin ən geci bir il ərzində tamamən yeni bir çöhrəyə qovuşmuş olacağına inanıram və cənab İlham Əliyev də bu qərarlılığı gördüm, bu inancı gördüm və bununla birlikdə də bu bölgənin bir il içərisində ayağa qalxacağına da şahid olacağıq”.
Mia.az
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub