Cəbhə bölgəsində jurnalistlərə qarşı zor tətbiq olundu - VİDEO

img

26-01-2014 [01:28]


Xəzər Televiziyasının əməkdaşları cəbhə kəndində çəkiliş aparan zaman saxlanılıb. 

 Televiziyanın Qarabağ üzrə bölgə müxbiri Şamxal Cəliloğlu və operator Fəzail Səfərov son günlər atəşkəsin tez-tez pozulduğu Tərtərin Qapanlı kəndində reportaj hazırlayarkən Azərbaycan Milli Ordusunun zabitləri çəkiliş aparmağa imkan verməyib. 

Jurnalistlərə kobudluq göstərib, kimliyini bildirməyən Milli Ordunun zabitləri zorla televiziyaya məxsus kameranı və xidməti vəsiqələri alaraq hərbi hissənin qərargahına aparıblar. Daha sonra əraziyə polis əməkdaşları çağırılıb. Telejurnalistlər Tərtər rayon polis şöbəsinə aparılıb. Burada jurnalistlərdən izahat alındıqdan sonra sərbəst buraxılıb./Starxeber.az /


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA