RƏSMİ MOSKVA CƏNUBİ QAFQAZLA BAĞLI PLANI AÇIQLADI: "Mane olan hallar aradan qaldırılmalı və..."
11-06-2021 [15:37]
“Xoşməramlı iradə ilə Cənubi Qafqazda nəqliyyat əlaqəsi açılacaq, ticarət inkişaf edəcək, hər iki ölkənin iqtisadiyyatı inkişaf üçün yeni güclü impuls alacaq və insanların həyatı yaxşılaşacaq”.
Bunu Rusiya Baş nazirinin müavini, Qarabağla bağlı üçtərəfli işçi qrupun həmsədri Aleksey Overçuk “Rossiyskaya Qazeta”ya müsahibəsində deyib.rəsmi moskvada
“Xoşməramlı iradə var. Bu çox vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin birgə üçtərəfli bəyanatı imzalayıblar. Bunun əsasında regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün Baş nazirlərin müavinlərinin birgə sədrlik etdiyi üçtərəfli işçi qrup yaradılıb. Əvvəlcədən həmkarlarımızla sağlam düşüncəyə əsaslanan yanaşmanı seçmək barədə razılığa gəldik. Azərbaycanla Ermənistan arasında münasibətlər çox mürəkkəb, çoxqatlı və tarixin dərinliklərinə gedib çıxır. Çoxları qorxunc faciə yaşayıb, doğma yerlərini tərk edib, ən yaxın adamlarını itirib. Bu hər zaman xatırlanacaq. Bu gün elə etmək lazımdır ki, faciə yenə insanların evlərinə qayıtmasın. Bunun üçünsə, yaraları sağaltmaq lazımdır, bir-biri ilə danışmağı və birgə dinc gələcəyi qurmaq üzərində işləməyi öyrənmək lazımdır.
Reallıq ondadır ki, bizə yaxın və dost olan bu xalqlar qonşu olublar, indi də, bundan sonra da qonşu olacaqlar. Oradakı insanlar dinc yaşamaq, uşaqlarını böyütmək, nəvələri ilə oynamaq istəyirlər. Regionda iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı danışıqların bütün iştirakçıları məhz bu mövqedən çıxış edirlər. Hamı öz xalqı üçün yaxşı həyat qurmaq istəyir. Rusiya bu məsələdə onlara kömək edir.
Baş nazirlərin müavinlərinin qiyabi danışıqları 2021-ci ilin yanvarında başlayıb, yanvarın 30-da üç nümayəndə heyəti danışıqlar masasına əyləşib. Azərbaycanla Ermənistan arasında bu cür məsələlər daha əvvəl heç vaxt belə səviyyədə, predmetli şəkildə müzakirə olunmayıb”, - deyə A. Overçuk vurğulayıb.
O bildirib ki, tarixdə müharibə edən tərəflərin qısa müddətdən sonra nəqliyyat əlaqələrini açmaq və ölkələrinin iqtisadiyyatlarının inkişafı üçün şərait yaratmaq vəzifəsi ilə danışıqlar masasına oturduqlarına dair az nümunə var: “Bütün bunlar danışıqların formatını xüsusi edir və iştirakçıların liderləri tərəfindən qarşıya qoyulan vəzifələrin həllini tapmağa can atdıqlarını vurğulayır.
Ən əvvəldən başlanğıc nöqtəsini tapmaq vacib idi. Bu iki ölkə arasında münasibətlərin əvvəlki tarixi təcrübəsi belə bir dəstəyi vermədi, ancaq başlanğıc nöqtəni tapmaq istəyi sözün əsl mənasında havada uçuşurdu.
Bu yanaşma iki ölkə arasındakı bütün mümkün dəmir və avtomobil yollarının müzakirəsinə keçməyə imkan verdi. Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi imkanları nəzərdən keçirilir. Eyni zamanda, Azərbaycan ərazisindən keçməklə Ermənistandan Rusiyaya və ya Ermənistan və Rusiyadan Naxçıvan yolu ilə İrana hərəkətə başlamaq vəzifələri həll olunur. Bundan əlavə, Ermənistan Orta Asiya ölkələrinə və oradan Ermənistana yük daşımaq üçün Xəzər dənizindəki Azərbaycan limanlarından istifadə etmək imkanına sahib ola bilər”.
Rusiya Baş nazirinin müavini qeyd edib ki, üçtərəfli işçi qrupu çərçivəsində regionun blokdan çıxarılması ilə bağlı predmetli danışıqlar gedir: “Müstəqilliyini qazandığı gündən bloklanmış ölkə olan Ermənistanın blokdan çıxarılması bu vəzifənin həllində açar ola bilər.
Məlumdur ki, Ermənistanın dənizə çıxışı yoxdur. Ermənistanın Türkiyə və Azərbaycanla çox mürəkkəb tarixi münasibətləri var və bu ölkələrlə sərhədləri bağlanıb. Ermənistanın İranla kiçik bir quru sərhədi var, lakin çətin relyef və pis yollar tam nəqliyyat əlaqələrinə mane olur. Bundan əlavə, İranın özü də vəziyyətə təsir edən məhdudlaşdırıcı tədbirlər görür”.
A. Overçuk Ermənistanın dünya ilə nəqliyyat əlaqəsinin ancaq Gürcüstan vasitəsi ilə olduğunu xatırladıb: “Yuxarı Lars beynəlxalq buraxılış məntəqəsi Rusiyaya yeganə quru marşrutdur. Bu avtomobil keçidi məhdud buraxılış qabiliyyətinə malikdir və il ərzində bir neçə həftə hava şəraiti ilə əlaqədar nəqliyyatın hərəkəti üçün bağlı olur. Orada yüzlərlə yük maşını toplanır. Onlar yolun açılmasını, hərəkətin bərpasını gözləyirlər ki, Rusiyaya və Rusiyadan yükləri daşısınlar. Bu, “butulka boğazı” iqtisadi inkişafı saxlayır, miqrasiya prosesinə mənfi təsir edir və Ermənistana öz potensialını açmağa və onun çiçəklənən ölkəyə çevrilməyə imkan vermir.
Regionda nəqliyyat blokadasının aradan götürülməsi Rusiya, Avrasiya İqtisadi Birliyi və bütün qonşu ölkələr üçün vacibdir.
Bununla yanaşı, Ermənistan Fars körfəzindəki İran limanlarını Qara dəniz limanları ilə, həmçinin Baltik dənizindəki və Sakit okeandakı Rusiya limanlarını birləşdirən böyük bir beynəlxalq nəqliyyat mərkəzinə çevriləcək. Müasir tarixdə bu cür imkanlar heç vaxt açılmayıb. Şübhəsiz ki, bu yeni konfiqurasiyada əsas benefisiarlar Azərbaycan və Ermənistan olacaq. Rusiya bu məsələdə onlara və regiondakı bütün ölkələrə kömək edir.
Üçtərəfli işçi qrup çərçivəsində Azərbaycan və Ermənistanı birləşdirən bütün mümkün dəmiryolu və avtomobil marşrutları araşdırılıb.
Yazda Nəqliyyat Nazirliyinin, Rosavtodor və Rusiya Dəmir Yollarının mütəxəssisləri bu ölkələrin sərhəd bölgələrində çalışıblar. Hər bir avtomobil və dəmir yolunu araşdırıblar, iki ölkə arasında ticarət daşımalarının imkanlarını qiymətləndiriblər. Yol səthlərinin, dəmir yollarının, körpülərin, yolların altında qalan boruların vəziyyəti qiymətləndirib. Təəssüf, demək olar ki, bütün marşrutlar yararsız vəziyyətə düşüb və nəqliyyat əlaqələrinin bərpası ciddi investisiyalar tələb edir. Mütəxəssis işinin nəticələrinə əsasən, tərəflər nəqliyyat əlaqələrini açmaq üçün gələcək addımları müəyyənləşdirə biliblər.
İşin bir hissəsi də hüquqi mövzularla əlaqədardır. Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər yoxdur. Keçid məntəqələri, gömrük, ümumiyyətlə qonşu ölkələr arasında mövcud olan heç nə yoxdur. Son 30 ildə həm Azərbaycan, həm də Ermənistan aralarında hərəkəti mümkünsüz etmək üçün hər şeyi edib. Bu yığılmış ağrılı problemlərin həll edilməsi lazımdır. Bütün beynəlxalq normativ hüquqi aktların inventarlaşdırılması aparılır. Hər şeydən əvvəl, bu, MDB-yə aiddir. Çünki həm Ermənistan, həm də Azərbaycan MDB-nin üzvüdür.
Elə alınıb ki, hər dəfə hansısa çoxtərəfli müqavilələr imzalanarkən, Ermənistan və Azərbaycan nümayəndələri bu müqavilələr barədə qeydlərini ediblər. İki ölkə arasında nəqliyyat əlaqələrinin həyata keçirilməsinə mane olan bu cür qeydlər aradan qaldırılmalıdır.
30 ildən çox iki ölkənin dövlət aparatları sistemli şəkildə bir-birinə qarşı işləyib. İndi isə onlar həll yolu axtarmalı və kompromislər tapmalıdırlar.
Bu, insanlar üçün çətindir, çünki əvvəlki həyatın bütün yükünü daşıyırlar. Azərbaycan və Ermənistan bunları həyata keçirməyə hazır olduqlarına qərar verdikdə, nəqliyyat əlaqələrini bərpa etmək mümkün olacaq. İndi heç kimin onsuz da çətin olan bu münasibətləri daha da çətinləşdirəcək addımlar atmaması vacibdir”/APA
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub