Rəşad Nəbiyev “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasını topladı - İclas

img

11-06-2021 [15:15]


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.

Mia.az Nazirliyə xəbər verir ki, iclasda səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov və qurumun İdarə Heyətinin digər üzvləri iştirak ediblər. İclas iştirakçıları MŞ-nın fəaliyyətində səmərəliliyin artırılmasını, ADY-nin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədilə yaradılan komitələrin əsasnamələrini və tərkiblərini, eləcə də korporativ katib haqqında əsasnaməni müzakirə edərək təsdiqləyib.

Bundan başqa, iclasda səhmdar cəmiyyətinin fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxışlar edilib, ölkə prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərlə bağlı müzakirələr aparılıb.

Xatırladaq ki, MŞ dövlət başçısının 30 mart 2021-ci il tarixli sərəncamı ilə yaradılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA