Mətbuat Şurası 2013-cü ilin hesabatını verdi

img

24-01-2014 [15:47]


Yanvarın 24-də Mətbuat Şurası 2013-cü ildə gördüyü işlərə dair hesabat konfransı keçirib. Tədbirdə danışan şura sədri Əflatun Amaşov bildirib ki, ötən il quruma ümumilikdə 610 müraciət daxil olub: "610 müraciətdən 423-ü bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlərdir. Şikayətlərdən 192-si ayrı-ayrı vətəndaşlardan, 123-ü dövlət idarə müəssisə və təşkilatlarının təmsilçilərindən, 56-sı özəl müəssisələrdən, 21-i ictimai qurumlardan, 19-u siyasi partiyalardandır.

2013-cü ildə şuraya daxil olan şikayətlərin 241-i katiblikdə həllini tapıb. 182 müraciətə komissiyalarda baxılıb. Bunlardan 105-i şikayətlər üzrə komissiyada, 48-i "reket jurnalistika”ya qarşı mübarizə komissiyasında, 8-i mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasında, 11-i internet media resursları üzrə komissiyada, 10-u sosial-iqtisadi komissiyada araşdırılıb.

Şuranın İdarə Heyəti 2013-cü ildə ümumilikdə 17 qərar çıxarıb. Ayrı-ayrı KİV-lərlə bağlı qərarlar onlardan 5-nə xəbərdarlıq edilməsini nəzərdə tutub. 10 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 2 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının "qara siyahı”sına salınmasını nəzərdə tutub”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA