Kamran Əliyev prokurorları topladı, tapşırıqlar verdi - Kollegiya iclası + FOTOLAR
08-06-2021 [16:17]
İyunun 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlər, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, kollegiya iclasında Azərbaycan Prezidenti İlham Əlievin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirildiyi, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tətbiqinə müxtəlif ölkələrdən investisiyaların cəlb olunduğu qeyd edilməklə “yaşıl zona” elan edilmiş həmin ərazilərin yenidən qurulmasının ölkə iqtisadiyyatına mühüm təkan verəcəyi bildirilib.
Baş prokuror Kamran Əliyev dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılması istiqamətində geniş abadlıq-quruculuq işlərinin aparıldığı bir vaxtda Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda həm hərbi, həm də mülki şəxslərin həyatına və təhlükəsizliyinə ciddi təhdid yaradan minalar basdırması məsələsinin davamlı şəkildə beynəlxalq müstəvidə qaldırılmaqla nüfuzlu beynəlxalq təşkilatlar və dünya ictimaiyyətindən törədilmiş cinayətlərlə bağlı səlahiyyətləri çərçivəsində Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsinə dair müraciətlər ünvanlandığını qeyd etmişdir.
Kollegiya iclasında ölkəmizdə pandemiyaya qarşı mübarizə sahəsində dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən tədbirlərin əhəmiyyəti vurğulanmaqla son günlərdə ölkədə sağalanların sayının artması ilə yanaşı vaksinasiyanın uğurla aparılması nəticəsində əhalimizin artıq bir hissəsinin peyvənd olunduğunu bildirilmiş, COVID-19 infeksiyasının Azərbaycan Respublikası ərazisində yaratdığı təhlükələrin qarşısının alınması ilə bağlı prokurorluq orqanları tərəfindən həyata keçirilən cinayət təqibi və digər tədbirlər müzakirə edilməklə müvafiq göstərişlər verilmişdir.
Ötən Kollegiya iclasından keçən müddətdə Rusiya Federasiyası Baş prokurorunun və Türkiyə Respublikası Ali Məhkəməsi Baş prokurorunun rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə işgüzar səfərlərinin, onların Ölkə Başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilməsinin önəmindən, hər iki ölkənin müvafiq qurumları ilə qarşılıqlı əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması diqqətə çatdırılmışdır.
Kollegiya iclasında həmçinin işğaldan azad edilmiş ərazilərdə yaradılmış hərbi prokurorluqların fəaliyyətinin təşkilinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin qısa müddətdə görülməsi ilə bağlı tapşırıqlar verilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24 dekabr 1999-cu il tarixli, 232 nömrəli Fərmana edilmiş əlavə və dəyişikliklərlə prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin yaradılması ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə dair Baş prokurorun müavini Heydər Məmmədov, “İşin Təşkili Qaydaları”nın təkmilləşdirilməsi məsələləri ilə bağlı Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə dövri qiymətləndirmələrin aparılması qaydalarının hazırlanaraq icraya yönəldilməsi ilə əlaqədar Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov və cari kadr məsələləri ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış etmişlər.
Aparılmış müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildirmişlər.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə etmişdir.
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz