Pərviz Həşimlinin şikayəti Apelyasiya Məhkəməsinə göndərilib

img

22-01-2014 [13:41]


MTN-nin istintaq təcridxanasında saxlanılan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin Səbail Rayon Məhkəməsinin qərarından şikayəti yanvarın 21-də Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Yanvarın 17-də Səbail Rayon Məhkəməsi Pərviz Həşimli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etməyib. Vəkil Elçin Sadıqov "Media forum” saytına deyib ki, Pərviz Həşimlinin ev dustaqlığına buraxılmaması Avropa Insan Hüquqları Konvensiyasının 5-ci maddəsinin pozuntusudur.

Pərviz Həşimli ötən il sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin Istintaq Baş Idarəsi onları odlu silahın və döyüş sursatının qaçaqmalçılığında ittiham edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA