“Azercell” diler şəbəkəsi üçün sertifikasiya proqramı keçirir - FOTOLAR
31-05-2021 [14:12]
Abunəçilərinin gündəlik rabitə ehtiyaclarını rahat və operativ şəkildə qarşılamağı hədəfləyən ölkənin lider mobil operatoru “Azercell Telekom” istər ölkədə sosial təcrid şəraitinin tətbiq olunmasından əvvəl, istərsə də karantin şəraitində bütün mümkün platformalar üzərindən xidmət spektrini təmin etməyin öhdəsindən uğurla gəlib.
Şirkətdən Mia.az-a verilən məlumata görə, eyni zamanda, “Azercell” uzun illər Azərbaycanda müştəriyə xidmət mədəniyyəti sahəsində nümunəvi yanaşmanı qoruyub-saxlamaq məqsədilə əməkdaşların davamlı olaraq təlimatlandırılması kimi əhəmiyyətli məqamı da artıq onlayn formatda önə çəkib. “Azercell”in yüksək sosial məsuliyyətli bir qurum olmasının daha bir göstəricisi isə yalnız öz əməkdaşlarının deyil, çalışdığı tərəfdaşların da işçilərinin bilik və bacarıqlarının artırılması təşəbbüsləridir. Bu baxımdan, 2020-ci ilin fevralından başlayan Diler Sertifikasiya Proqramı “Azercell”in geniş diler şəbəkəsinin 300-dən artıq əməkdaşı üçün nəzərdə tutulub.
Beynəlxalq səviyyəli rabitə təminatçılarının təcrübəsindən də faydalanaraq ölkədə ilk dəfə olaraq “Azercell Telekom” tərəfindən çoxsəviyyəli sertifikasiya proqramı tərtib olunaraq həyata keçirilməyə başlayıb ki, karantin şəraitində həmin təlimlər rahatlıqla onlayn formatda davam edib. Həmin təlimlər “Azercell”in xidmət və məhsulları, sənədləşmə qaydaları, abunəçi əməliyyatları üçün müxtəlif proqram təminatlarının mənimsənilməsi, mobil şəbəkə texnologiyasının əsasları, informasiya təhlükəsizliyi qaydaları, müştəriyə xidmət bacarıqları, satış bacarıqları, onlayn satışın idarə edilməsi, eləcə də, müzakirə aparmaq bacarıqları, stressin idarə edilməsi və vaxtın idarə edilməsi kimi müasir işgüzar mühitdə vacib olan sahələri əhatə edir.
Ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlər tərəfindən tanınan “Azercell” Akademiyası tərəfindən keçirilən proqramın əsas məqsədi “Azercell”in xidmət sahəsində keyfiyyət standartlarının bütün diler məntəqələrində tətbiqi, uyğun olaraq müştəri təcrübəsi və müştəri məmnuniyyətinin yüksəldilməsi , əmək bazarı üçün ixtisaslaşmış kadrların yetişdirilməsi, ölkədə gənc nəsil üçün iş imkanlarının genişləndirilməsidir. “Azercell”in Diler Sertifikasiya Proqramının digər üstünlüyü isə bütün müvafiq sahə işçilərinə ölkədə ilk dəfə QR kodlu və müddətli Nailiyyət Sertifikatının təqdim edilməsidir.
“Azercell Telekom” bundan sonra da müştəri xidmətləri və müştəri məmnuniyyətinin ən yüksək standartlara uyğunluğu, eləcə də peşəkar kadrların yetişdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)