Azərbaycanda MEDIATURK TV fəaliyyətə başlayıb
28-05-2021 [16:12]
Bu gün türk dünyasının ortaq internet televiziyası MEDIATURK TV fəaliyyətə başlayıb.
Mia.az xəbər verir ki, türk dünyasının mediakörpüsü olmağı hədəfləyən televiziya türklərin yaşadığı geniş məkana xitab edəcək.
Müstəqil türk dövlətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla yanaşı türk xalqlarının sıx məskunlaşdığı bütün coğrafiyada olacaq.
Türk dünyasının diasporu, parlamenti, siyasəti, təhsili, ədəbiyyatı, mədəniyyəti, mediası, tarixi, iqtisadiyyatı və səhiyyəsini, demək olar ki, bütün varlığını MEDIATURK TV-də tam şəkildə görə biləcəksiniz.
Televiziyanın təsisçiləri Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev və Əməkdar jurnalist Elşad Eyvazlı, baş redaktoru isə gənc jurnalist Nəzrin Abduldur.
MEDIATURK TV-nin yaranması və hədəfləri barədə danışan Cavanşir Feyziyev bildirib ki, kanalın 28 May günündə fəaliyyətə başlaması təsadüfi deyil: “28 May hər bir azərbaycanlı üçün əziz gün olmaqla bərabər, həm də bütün türk dünyasının dövlətçilik təkamülündə dərin iz buraxmış şanlı bir tarixdir. 1918-ci ilin bu günündə türk dünyasının ilk respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunub.
Bu gün açılışını elan etdiyimiz MEDIATURK internet tv kanalı ümumi gələcək haqqında türk dünyasının arzularının gerçəkləşməsinə xidmət edəcək. MEDIATURK hələ ki internet televiziyası kimi bütün türk ölkələrində yaşayan soydaşlarımızın maddi və mənəvi dəstəyi ilə fəaliyyət göstərəcək. Əminəm ki, bu kanal dünya türklərini biri-birinə yaxınlaşdıran, doğmalaşdıran və nəhayət, sevdirən bir cazibə mərkəzinə çevriləcək”.
Kanalın həmtəsisçisi Elşad Eyvazlı isə qeyd edib ki, platforma Türk dünyası jurnalistlərinin fikir mərkəzi, doğma evi olacaq: “MEDIATURK Türk Dünyasına xidmət üçün yaradılıb. Çalışacağıq ki, türk toplumunun dünyadakı səsi olaq. Qarşıda uzun bir yol var. Bu yolda dünyada yaşayan hər bir türkün dəstəyinə ehtiyacımız olacaq”.
Qətər Əmiri Türkiyəyə başsağlığı verib: "Hər cür dəstəyə hazırıq"
Bu gün Azərbaycanda Konstitusiya Gündür
Baş məşqçi Nigeriyada yoxa çıxan Osimheni lağa qoyub
"C130" şəhid olan 20 hərbçi: onlar kimdir? - FOTO
Kriştiano Ronaldo karyerasına nə vaxt son verəcək? - Özü açıqladı
Osimhen Nigeriyada yoxa çıxıb - "Qalatasaray" klubu axtarır, Afrika ölkəsi cavab vermir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Pakistanda terror... - Rəsmi Bakı başsağlığı verdi
Azərbaycandan gedən Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı, şəhidlər var - İlham Əliyev Ərdoğana başsağlığı verdi (Yenilənib)
NAZİRLİK DÖVLƏT BAYRAĞI BARƏDƏ QALMAQALLI PAYLAŞIMA AYDINLIQ GƏTİRDİ - Açıqlama + FOTO (Yenilənib)
Cevdet Yılmazla Əli Əsədov arasında telefon danışığı olub
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb - Qəza ilə bağlı
Prezident tapşırıq verdi - Əli Əsədov İrakli Kobaxidzeyə zəng etdi
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
Rusiyalı milyarder və arvadı ölü tapıldı - BƏƏ-də həyata keçirilən qətlin təfərrüatı
Bölgələrdən Bakıya dönməyə hazırlşan sürücülərə xəbərdarlıq olunub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ət ucuzlaşıb? - VİDEO
Bəylər Əyyubovla Fərid Əsgərov bir yerdə - FOTO
FUTBOL QUMARI: Türkiyədə mərc oyunlarının aktiv iştirakçısı olan klub rəhbəri və üç hakim tutulub
“Nar”da bu axşam daha bir avtomobil sevinci!
Sabah hava necə olacaq? - Proqnoz
Rəsul Quliyev Bakıya gəlir - "Bir aydan sonra 78 yaşım tamam olur, bu, çox böyük yaşdır"
17 yaşlı azərbaycanlı Rusiyada öldürülüb
Ağdaşda zəlzələ olub - 3.1 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI