Bu lisey və gimnaziyalara qəbulun vaxtı açıqlandı - SİYAHI
26-05-2021 [13:15]
2021-2022-ci tədris ili üzrə lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, ilkin olaraq seçilmiş 15 pilot təhsil müəssisəsində qəbul prosesi mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, mərkəzləşdirilmiş qəbul prosesi zamanı şagirdlər konkret bir təhsil müəssisəsinə qəbul üçün deyil, imtahanda iştirak üçün onlayn qeydiyyatdan keçməlidirlər. Bu, daha sonra şagirdlərə imtahan nəticələrinə, yəni toplanılan bala uyğun olaraq, müvafiq lisey və gimnaziya seçimi etməyə imkan yaradacaq. Yeni mexanizmə əsasən, şagirdlər bir neçə təhsil müəssisəsinə qəbul üçün sorğu göndərə biləcək.
Mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün valideynlər şagirdlərin yerdəyişməsi elektron xidmət portalında (https://sy.edu.az) şəxsi kabinet vasitəsi ilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini seçə bilirlər.
Qəbul imtahanlarının vaxtı aşağıdakı kimi təyin edilib:
• 16 iyun 2021-ci il tarixində VI siniflərə qəbul ( hazırda V sinifdə oxuyanlar üçün)
• 17 iyun 2021-ci il tarixində V siniflərə qəbul ( hazırda IV sinifdə oxuyanlar üçün)
• 18 iyun 2021-ci il tarixində VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün)
• 21 iyun 2021-ci il tarixində isə VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).
Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı aşağıdakı kimidir:
• S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası;
• A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziya;
• S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyası;
• S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziya;
• Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi;
• Kimya-biologiya Təmayüllü Respublika liseyi;
• Texniki-Humanitar lisey;
• 2 nömrəli Texniki-Humanitar lisey;
• 147 nömrəli Texniki-Humanitar lisey;
• 291 nömrəli Ekologiya liseyi;
• Şəki, Şəmkir və Şirvanda yerləşən Kimya-biologiya Təmayüllü Respublika liseyləri;
• Quba və Gəncədə yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyləri.
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı