MƏLƏK HƏKİMLƏR...
24-05-2021 [20:01]
İnsan övladı bineyi qədimdən uzunömürlülüyün sirrini öyrənməyə ,sağlam yaşam yollarını tapmağa çalışmışdır.Ənənəvi təbabət elmi yarandığı illərdən üzü bəri elə təbiəti öyrənərək Allahın verdiyi “Min dərdə “dərmanı da “Min bir dərman “ verdiyi təbiətin özündən alaraq insan sağlamlığı keşiyində dayanan loğman və təbiblər olmuşdur.
Orta əsrlərdə yaşamış böyük təbiblərdən olan İbn-Sina yazırdı ki,həkim şahin baxışına,qız əlinə,ilan müdrikliyinə və aslan ürəyinə malik olmalıdır. İnsan ömrü əslində çox qısadır,baxmayaraq ki,ətəkdə dayanıb baxanda zirvə uzaq görünür.İllər elə hiss edilmədən axıb gedir ki, Cabir Novruz demiş “Gözlərimi yumub açdım, açıb yumdum..” və görür ki...
Ötən illərdən qazandıqları bir yana onu itirdikləri düşündürür.O da nə az nə çox..itmiş sağlamlığı isə insanın həm qazancı olur,həm də itkisi..Allahın insana təmənnasız bəxş etdiyi sağlam can onun ən qiymətli , lakin vaxtında lazımınca dəyərləndirmədiyi var - dövlətidir. Elə ki, əlindən çıxır, bax, o zaman anlayır sahib olduğunun dəyərini. Anam həmişə deyirdi ki, haran ağrısa, canın ordadı, yəni səbəbsiz bir tük belə yaratmayıb Yaradan...
Bu yaxınlarda sağlamlığımda yaranan qəfil problem məni əməlli başlı “silkələdi”. Səsim demək olar batmışdı. Əvvəlcə yerli həkimlərə müraciət etdim, ilkin müayinədən sonra Bakıda Milli Onkologiya Mərkəzində ixtisaslaşmış həkim və aparat müayinəsindən keçməyi məsləhət gördülər. Narahat idim, işdən icazə alıb səhər tezdən üz tutdum birbaş mərkəzə...
İlahi, mənim tələbəlik illərindən tanıdığım xəstəxana hara, bu şəhərcik hara..! Hündür çoxmərtəbəli, baxanda papağını başından salan, üstündə iri-iri hərflərlə ”Diaqnostika” yazılan binanın pilləkənlərini qalxıb içəri daxil oluram..
İçəri geniş və səliqəlidir, istiqamətlər adlandırılmış və “ox” işarəsilə göstərilmişdir, tibbi işçi personalı və xəstələr də öz yerində. Sakitliyimi saxlamağa çalışıraq “Qəbul şöbəsi”ndə qeydiyyatdan keçib Tibb elmləri namizədi Elnur İbrahimovun rəhbərlik etdiyi Şüa-Diaqnostikası şöbəsinə üz tuturam. Burda isə əməlli başlı növbə var..
Həkim ilk söhbət zamanı elə problemin səbəbini və ehtimal etdiyi xəstəliyi təxmin edir, amma müayinə vacibdir!..
Sənədlərimlə digər həkimin qəbuluna göndərir məni və burda da eyni növbə...
Dəhliz boyu rəngi avazımış, ağrıdan üzü dəyişən, zarıyan xəstələr görürəm, bəziləri qohumu, yaxını vasitəsilə əlil arabalarında gətirilib. Əməliyyat keçirmiş xəstələr də çətinliklə növbə gözləyir, heç kim digərinə növbə bağışlayacaq vəziyyətdə deyil...
Bu anda onların nə düşündüyü məşğul edir beynimi, yadıma el məsəli düşür: ”Sağlam bədəndə sağlam ruh olar!”.
Bu arada tam aydınlığı ilə dərk edirəm bu sözlərin məna yükünü...Bu otaqda da qeydiyyatdan keçib yenidən gəldiyim şöbəyə dönürəm, burda artıq məni müayinə gözləyir...
Həyəcanımı gizlətmək üçün ta cavab gələnədək narahatlıqla gəzişirəm...Nəticə həkimin ilk söylədiyi kimidir və yenidən təyinat almaq üçün başqa bir həkimə yanaşmalıyam...(Allah özün səbir ver...) Artıq gün günortanı keçib və burdakı növbələri nəzərə alsaq, canımı tezliklə qurtarmağım ağılabatan deyil. Nə yaxşı ki, bütün bu proseslər boyu Sabirabad MRX baş həkimi telefon əlaqəsini kəsmir və mənə mənəvi dəstək olur!
Burdan müayinə sənədlərini də götürüb Nevroloji xəstəliklər üzrə professor Rövşən Həsənovun işlədiyi klinikaya yollanıram, səmimi qarşılayıb nəticələri gözdən keçirərək LOR mütəxəssis ilə məsləhətləşməyi vacib bilir. Xəstə həmişə inandığı həkimə üz tutur, mən də indi bu sırada olduğumdan xeyli çək-çevir edirəım, nəhayət klinikalardan birində LOR xəstəlikləri üzrə tanınmış professor Rafiq Rzayev ilə görüşməyi qərara alıram..
...Rafiq Məmməd oğlu Rzayev..Həkimlik fəaliyyətinə hərbi həkim kimi başlayan,İsveçrədə “Beyin əsasının mikrocərrahiyyəsi” üzrə xüsusi iş təcrübəsi keçən, yüzədək elmi işin, iki Monaqrafiyanın, iki müəllif şəhadətnaməsinin, bir elmi ixtiranın müəllifi, İki Beynəlxalq səviyyəli fəxri mükafatın sahibi....müxtəlif yerli və xarici elmi cəmiyyətlərin üzvü, çoxsaylı Beynəlxalq Elmi-Praktik Konfransların və qurultayların iştirakçısı, həm də mühazirəçisi...Nəhayət, Tibb elmləri doktoru, professor, otolorinqoloq, LOR-Onkoloq....
Qarşımda bəstə boylu, əynndə göy həkim geyimi, başına LOR həkimlərin xüsusi iş aləti keçirilmiş, üzündə ilıq təbəssüm olan insanı görəndə nədənsə indiyə qədər çəkdiyim həyəcan və narahatlıq hissi harasa yox olur!
Mən artıq sağlamlığımın etibarlı ünvanını tapdığıma əminəm...Foyedə görüşüb otağına keçirik, burda gətirdiyim müayinə sənədlərini nəzərdən keçirir, şifahi sorğularla anamnez toplayır, söhbət edir.. ta həkim işlədiyim illərdən yaddaşıma yazdığım və dəfələrlə sınadığım bir cümlə keçir beynimdən: ”Həkimlə ilk söhbətdən xəstə özündə az da olsa yüngüllük hiss edirsə, müalicənin müsbət nətcə verəcəyi mütləqdir!”.
Professor tibb bacısına yenidən müayinə üçün hazırlıq görməsini tapşırır...Müayinədən sonra mənə xəstəliyim haqqında ətraflı məlumat verir, onun yaranma səbəblərini izah edərək əlavə döş qəfəsi-aralıq nahiyəsinin “Tomoqrafiya”sını etməli olduğumu söyləyir, amma artıq gec olduğundan müayinə sabaha qalır..Səhəri gün gətirdiyim sənəddə sıra ilə qeyd olunan nəticələri oxuyub uşaq kimi sevinir, əminliklə resept yazıb verir. .İlahi,doğrudan da əsil həkim hər yaşayan xəstəsi ilə yenidən dünyaya gəlir, ölənlə ölə bilir!.
...Etiraf edim ki, hamı kimi mənim də iynə-dərmandan acığım gəlir, amma neyləmək olar..
Əvvəl söyləmişdim,problemin səsimlə bağlı olduğunu,bu yadıma lap çoxdan oxuduğum “Səsin sehri” povestİni saldı.Bir ekspedisiyada qəzaya düşüb ölmüş hesab edilən adamı on il sonra yalnız səsindən tanıyırlar! Bəli səs insanın vizit kartlarından biridir, səs üzünə qapını aça da bilər, bağlaya da. Üzünü görmədən adamın səsinə vurula bilərsən, səsindən duyarsan insanın daxili halını...
İndi mən daha çox susurdum, dərd verənə şükürlərimlə ..səbrimlə, inamımla səsimin qayıdışını gözləyirdim!..Hər gedən gün daha ümidli olurdum, günlər,həftələr elə bilirdim gecikir..
Xəstə çox şey arzulayar,amma armud vaxtında yetişər deyib atalarımız...
..Müalicə müddətində vaxtaşırı yoxlamalardan keçirəm, bu isə artıq yekun yoxlamasıdır, Rafiq müəllimlə görüşümü həyəcanla gözləyirəm! Nə deyəcək!?..
Vaxt var hələ,həkimin əməliyyatda olmasından istifadə edib əməkdaşlardan onu sorğulayıram, hamı ürəkdolusu danışır, onun qayğıkeş, narahat adam olmasıyla yanaşı, bu dövrdə qıt olan insani keyfiyyətlərini qabardır. ”Bu özəl klinika olduğundan xidmətlər də pulludur, amma professor burda da lazım gəlirsə ödənəcək məbləıği xəstənin xeyrinə dəyişir...
Özünün qəbul və müayinə haqqını da xeyli aşağı salmışdır..Deyir ki, mənim üçün əsas müraciət edən insanların razı qalmasıdır!
”Belə söhbətin axara düşdüyü vaxtda professor əməlyyatı başa çatdırıb otağına dönür...Yorğundur,amma üzündə işinin nəticəsindən məmnunluq ifadəsi oxunur.Növbədə biri gənc oğlan olmaqla üç nəfər var,əllərində klinik müayinə sənədləri tutmuş bu adamlarla xeyli söhbət aparır Rafiq həkim,axırda razılıq edib gedirlər. Mənimlə danışsa da fikrli olduğunu hiss edirəm, o da sual dolu baxışlarımı görüb təəssüflə gedən gəncin başqa xəstəxanada hansısa həkim tərəfindən uğursuz əməliyyat keçirdiyini və daxili qulağın təkrar əməliyyatına ehtiyacı olduğunu bildirir, üstəlik bunun çox riskli bir iş olduğunu vurğulayır!..Qayğılı halda başını bulayır, sonra təəssüflə qeyd edir ki, çoxu tibbin LOR xəstəlikləri sahəsini asan hesab etməklə onun əhatə etdiyi xəstəliklərin də adi olduğunu düşünür, amma əslində o çox geniş,beyinlə əlaqəli olan məsuliyyətli bir sahədir.
...Müayinədən sonra sevinclə səs tellərinin tam bərpa olunduğunu söyləyib,qəti əminliklə heç bir müalicəyə ehtiyac olmadığını bildirir...Təşəkkür etmək üçün bəzən sözlər kifayət etmir, haqqında yazmaq istədiyimi bildirirəm, əvvəl etiraz edir, sonra bütün məlumatların FB səhifəsində yerləşdirdiyini söyləyir və qabaqcadan təşəkkürünü bildirir...
Söhbət arasında öyrəndim ki, o, yaş ilə əlaqədar əvvəllər işlədiyi xəstəxanada tutduğu vəzifədən uzaqlaşsa da, sənət yanğısı ona rahatlıq verməyib, o vaxtdan elə bu klinikada çalışır...Heyif ki, müəllimlik fəaliyyəti ilə məşğul olmur, gələcəyin həkimləri olan tələbələr ondan – bu yaşının və təcrübəsinin ən məhsuldar dövrünü yaşayan alimdən çox şey öyrənə bilərdilər..
Həyatda heç bir şey səbəbsiz baş vermir, Tanrıya verdiyi dərd üçün də ,şəfa üçün də təşəkkür edirəm,sayəsində belə bir alimi,ziyalını tanıtdırdı mənə!
Bəli, Professor Rafiq Rzayev keçib xəstənin yanında əyləşə bilən, onun çəkdiyi acını bölüşməyi bacaran, ağrısını öz içindən keçirə bilən bir həkimdir!..
Üzümü ona tutub Ulu Tanrıdan cansağlığı diləyir və xəstələri üçün həmişə inam, ümid və etibar yeri olmasını diləyirəm!..
Qəlbi Tanrı istəyilə nurlanan,
Bir məlakə timsalıdı həkimlər!
Açar qapısını naümid qalan.
Neçə dərdin dərmanıdı həkimlər!
Çarpar bircə anda qəlbi yüz yerə,
Görsə ki,əlacsız qalıbdı xəstə..
Bəzən bir sözüylə bütöv bir ömrə,
Olum,ölüm fərmanıdı həkimlər!
Gəlişiylə qəlbə ümid gətirən,
Ağrıları pərən salar,itirən,
İstəkləri bir-birinə yetirən,
Şirin arzu karvanıdı həkimlər!
Acı dərman bala dönər əlində,
Adi söz də çiçəkləyər dilində,
Hörməti var Azərbaycan elində,
Hər bir evin doğmasıdı həkimlər!
Şahnaz ŞAHİN
Mia.az
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı