"İcra başçısı Bayram Səfərov hardadır, deputatlarımız hardadır?" - Şəhid bacısı
24-05-2021 [11:33]
"Evin, ailənin tək oğlan övladı olan qardaşım, peşəkar hərbçi Əzəmi Hüseynovun Şəhidliyindən 7 aydan çox vaxt keçir. Ancaq bugünədək bircə dəfə olsun belə, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bizim, Şəhidimizin, Şəhid anasının qapısını döyməyib. Biz Mingəçevirdə yaşasaq da, Şəhidim Şuşanın işğalından az sonra Mingəçevirdə dünyaya gəlsə də, əslimiz, nəslimiz Şuşadandır.
Biz Şuşada yaşamışıq. Bayram Səfərovun da vəfizə borcudur ki, Şuşadan olan Şəhidlərimizlə, Şuşanın İkinci Vətən Müharibəsində həlak olmuş 8 şəhidindən birinin-Əzəminin ailəsi, anası ilə maraqlansın, onun qapısını döysün. Amma dediyim kimi, çox təəssüflər olsun ki, bu 7 ayda onun üzünü görməmişik, sadəcə, telefonla zəng edib, anama başsağlığı verib. Qapımızı döymür-döymür, heç olmasa, bircə dəfə Şəhidimizin Mingəçevirdəki məzarına baş çəksin, baş çəkəydi. Amma bunu da etmir, etməyib bu günə qədər. Bu, yolverilməz və qəbuledilməz bir haldır".
Mia.az xəbər verir ki, bunu Etikxeber.az-a açıqlamasında iki medallı, İkinci Vətən Müharibəsinin şəhidi Əzəmi Hüseynovun bacısı Elnarə Hüseynova deyib.

“Onu da deyim ki, anam Şəhidimizin həyat yoldaşı ilə birlikdə kirayədə yaşayır, ümumiyyətlə, Mingəçevirə köçən gündən kirayədə qalır. Biz də 3 bacı-ailə qurana kimi, kirayədə yaşamışıq. Qardaşım Şəhid olandan çox vaxt anam və gəlinimiz bizim evdə qalıb, Şəhidimizin yas mərasimini də bizim evdə vermişik. Şəxsən istəməmişəm ki, qardaşımın yas mərasimi kirayə qaldığı evdə keçirilsin. Ancaq anam aybaay həmin evin kirayə pulunu ödəyib, bu gün də ödəməkdədir. İndi Siz deyin, həyat yoldaşını və tək oğlunu itirmiş yaşlı qadına-Şəhid anasına, gənc, cavan yaşlarından dul qalmış Şəhid xanımına beləmi hörmət qoyular, beləmi münasibət göstərilər?
Şuşa rayon rəhbərliyi, məmurlarımız hara baxırlar, nə işlə məşğuldurlar? Biz kifayət qədər imkanlı ailə olmuşuq, köçkünlüyə qədər 3 yerdə evimiz olub. Bizə, daha doğrusu, Şəhid anasına dəbdəbəli ev də lazım deyil, sadəcə, istəyirik ki, bir otaqlı, ya da iki otaqlı normal bir evlə təmin olsun, artıq kirayədə ömür çürütməkdən, kirayə pulu ödəməkdən canı qurtarsın. Çoxmu böyük bir şey istəyirik?”– deyən E. Hüseynova inanmaq və əmin olmaq istədiyini bildirib ki, heç olmasa, bundan sonra səsləri eşidiləcək, heç olmasa bundan sonra Şəhid ailəsinə qarşı laqeyd, biganə münasibət aradan qaldırılacaq.

“Eyni zamanda, qardaşımın adının, xatirəsinin Mingəçevirdə və ya bir gün belə üzünü görə bilmədiyi, amma həsrəti ilə alışıb-yandığı Şuşada əbəbiləşdirilməsini, küçələrdən birinə onun adının verilməsini istəyirik. Bu, Şəhidimizin haqqıdır. Əzəmi Şuşa deyə-deyə getdi bu dünyadan…Şuşaya qovuşmaq ən böyük arzusu və xəyalı idi… Özü də Şuşanın azad olunmasından düz bir ay öncə canından çox sevdiyi Vətəni yolunda qəhrəmancasına həlak, Şəhid oldu…Onun Şəhidliyindən düz bir ay sonra Şuşamız azad olundu. Ona görə çox istərdik ki, Şəhidimizə, Şəhid ailəsinə qarşı ögey, laqeyd münasibət aradan qaldırılsın”-deyə, Şəhid bacısı sözlərinə əlavə edir.
Şəhid bacısı eyni zamanda, Şuşanı Milli Məclisdə təmsil edən millət vəkili Elman Məmmədov və əslən Şuşalı Tural Gəncəliyevin Şəhid ailəsi ilə maraqlanmasını, xüsusilə, Əzəmi Hüseynovun adının əbədiləşdirilməsi məsələsinə dəstək verməsini arzulayıb və xahiş edib.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ