Adəmdən bu yana müqəssirlər

img

17-01-2014 [13:07]



Tanınmış Rusiya nəşri olan "Nezavisimaya qazeta"da hüquq professoru İlham Rəhimovun "Cinayət və cəzanın fəlsəfəsi” adlı yeni elmi kitabı barədə Roza Tsvetkovanın yazdığı məqalə dərc olunub.mia.az saytı bu məqaləni dərc edir.

Cinayətin fəlsəfəsi… Yaxud cəzanın fəlsəfəsi… Cinayət hüququ problemlərindən və fəlsəfədən uzaq, cinayətkarlıqla mübarizə problemlərini isə televizorda axşam detektivlərinə baxmaqla dərk edən adamlar üçün bu söz birləşməsi ən azı qəribə görünə bilər. Əslində: «cinayətin fəlsəfəsi»? Qətlin fəlsəfəsi? Yaxud oğurluğun? Yaxud daha pis, zorlanmanın fəlsəfəsi deməkdir? Biz hansı cinayətin fəlsəfəsindən danışırıq? Ümumiyyətlə, bu barədə danışmaq olarmı (ən əsası, lazımdırmı)? Artıq bu suallara cavab tapmaq üçün Rusiya Azərbaycanda məşhur alim, hüquq elmləri doktoru, professor İlham Məmmədhəsən oğlu Rəhimovun «Cinayət cəzanın fəlsəfəsi» kitabına baxmaq lazımdır. Bakıda onun təqdimatına xüsusi olaraq yüzdən artıq alim, diplomatik nümayəndə, Azərbaycandan, Rusiyadan, Türkiyədən, Qətərdən digər ölkələrdən qanunvericlik cinayət hüququ sahəsində ekspertlər toplanmışdı.

Əslində kitabtəkcə cavabların axtarışı deyil. Bəşəriyyət yarandığı andan cinayət törədir. İncilə görə, Allah insanı Özünə oxşadaraq yaradıb (Varlıq kitabı 1, 26). Doğrudanmı, cinayət Allaha da xasdır? Qətiyyən! İnsan qadağanı aşaraq özü bu surətdən çəkilibidrak ağacının barını dadıb ölümsüzdən faniyə çevrilib. Təsadüfi deyil ki, o (Adəm) xəbərdar edilmişdi: bu barın dadına baxsan, öləcəksən (Varlıq kitabı 2, 17). İnsan dadına baxdı, hər şeyi anladı, bəs nəyə görə dayanmadı yeni cinayətlər törətməyə başladı: oğurluqdan qətlə keçdi ilaxır. Belə davranışın səbəbi nədir? Bu gün cinayət deməkdir? Bu, min, yaxud beş min il əvvəl törədilən cinayətə oxşayırmı? Burda da biz obyektiv (oxu: məcburən) cavabsız suallar təbəqəsinə gəlib çıxırıq, bu suallara cinayət hüququ kriminologiya çərçivəsində cavab vermək, sadəcə, mümkünsüzdür. Orda bu cavablar yoxdur.

Təbiətdə cinayət yoxdur. Cinayətrazılıqlı kateqoriyadır. Müxtəlif dövrlərdə yerlərdə insanlar özlərinin həyati vacib, lakin cari maraqlarından irəli gələrək nəyi cinayət adlandıracaqlarına dair razılığa gəlirdi. Qədim Misirdə fironun kölgəsini tapdalamaq kimi ağır cinayət var idi, buna görə istisnasız ölüm cəzası verilirdi. RSFSR-in 1960- ilin CM-ə görə, xaricdən qayıtmaqdan imtina vətənə xəyanət kimi qiymətləndirilirdi, buna görə ölüm cəzası verilə bilərdi. Bu gün bu, vəhşilik kimi görünür, ancaq belə olub. Bəs o zaman qanunvericilər nəyəsə əsaslanıb? Belə normaların əsasında hansı əxlaqi, fəlsəfi, sosial əsaslar var idi? Görünür, dərin əxlaqi, fəlsəfə kateqoriyalarını dərindən öyrənmədən bu suallara adekvat cavablar tapa bilməyəcəyik.

Bütün bunlar cinayəti dərk etməyə aiddir. Ancaq belə baxanda, cəzada mürəkkəb var? Xeyli qədim manuskriptlərdə talion prinsipinin istifadəsinin zəruriliyinə işarə edilir: diş sındırılıbcinayətkarın dişini sındırmaq lazımdır, bir adam o biri adamın əlini baltalayıb - onun da əli kəsilməlidir, öldürübonu da öldürmək lazımdır. Hər şey sadədir. Ancaq kimin bundan qazanacağı məlum deyil: cəmiyyət bir əlilin əvəzinə ikisini, bir meyitin əvəzinə iki meyit alacaq. Əgər bir yaramaz yüzlərlə adamı öldürübsəaxı onu heç iki dəfə öldürmək mümkün olmayacaq. Deməli, cəza təsir etmir? Yaxud Amerikada olduğu kimi azadlıqdan məhrum etmə müddətlərinin üst-üstə gəlməsi prinsipi tətbiq edilsin: üç ömürlük cəza, yaxud 926 il azadlıqdan məhrum etmə cəzası? Bu, cəfəngiyyat deyilmi?

Bəşəriyyət öz inkişafı yolunda cinayətkarlara ən sərt, hətta qəddar təsir tədbirlərindən istifadə edib, ancaq cinayətkarlıq artıb. Cəza tədbirlərini humanistləşdirməyə başladılardaha da pis oldu. Deməli, prinsipial fərqli nəsə etmək lazımdır. Ancaq ? Təəssüf ki, birmənalı cavab yoxdur. Ancaq bu, o demək deyil ki, onu axtarmaq lazım deyil. Təhlil edilən buna açıq-aşkar nümunədir. Axtarmaq lazımdır axtarışlar davam edir. Gec-tez biz bu cavabları tapacağıq.

Böyük mənada fəlsəfənin cinayət hüququ sahəsinə, ümumiyyətlə, cinayətkarlıqla mübarizə sahəsinə cəlb edilməsi cəmiyyət dövlət tərəfindən müasir cinayətkarlığın səviyyəsi vəziyyətindən irəli gələn təhlükələrə adekvat cavab tapmaq cəhdidir.

Xatırlatmaq lazımdır ki, müəllifin bundan əvvəlki işi «Cinayətkarlıq cəza» (2012) adlanırdı. Keçmişin bir çox mütəfəkkirlərinin yazdığı kimi cinayət cəza yox - Dostoyevskinin məhz belə adlanan romanını yada salmaq bəsdir - məhz cinayətkarlıq.

Məsələ bundadır kicinayət həmişə insanın bioqrafiyasında (təbii ki, bəzi vətəndaşların bioqrafiyasında bir neçə belə fakt ola bilər) nadir təsadüf edilən faktdır. Cinayətkarlıq isə öz qanunları ilə inkişaf edən kütləvi sosial təzahürdür. Təəssüf ki, biz bu qanunları bilmirik. Biz bilmirik, ancaq dərk etməyə çalışırıq. Əlbəttə, cəmiyyət cinayətkarlığa reaksiya verməyə bilmir, ancaq reaksiya növlərindən biri kimi cəzabu da artıq həm cinayətkarlıq, həm cəzanın inkişaf tarixi ilə sübut olunubcəmiyyəti bütövlükdə cinayətdən azad edə bilməz. O (cəza) obyektiv olaraq hansısa digər təsir vasitələri ilə gücləndirilməlidir. Biz bu gün onları heç təsəvvür etməyə bilərik. Ancaq onlar tapılacaq. Bununla əlaqədar «Cinayət cəzanın fəlsəfəsi» kitabı bu axtarışlar istiqamətində daha bir addımdır. Nəhayət, son qeyd. Cinayətkarlıqla mübarizə sahəsində fəlsəfi mülahizələr olmadan keçinmək olarmı? Müəllif bu problemi təfsilatı ilə işıqlandırır. Nəticə sadədir: olmaz. Daha da aydın olsun deyə, əlavə etmək olar: yoxlanılıb, amma alınmayıb. Ona görə sirk atları kimi dövrə vurmaq lazım deyil, ciddi ağır işə başlamaq lazımdır. Heç hamı bu işin öhdəsindən gələ bilməz, ancaq onu eləmək lazımdır o görüləcək .


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA