Akif Muradverdiyevin səhhəti ilə bağlı yeni xəbər

img

08-01-2014 [23:42]


Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisində müalicəsi davam edir.

Vəkil Rəşad Mirmehdizadə bu gün "Media forum” saytına bildirib ki, müalicə müəssisəsində Akif Muradverdiyevlə görüşüb: "Səhhəti yaxşı deyil, kəskin ağrılardan əziyyət çəkir. Onun boyun onurğasında yırtıq var və müalicə ilə sağalan xəstəlik deyil. Ona görə də müalicə heç bir effekt vermir. Onurğa yırtığını yalnız cərrahi əməliyyatla aradan qaldırmaq olar. Bu da Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisinə mümkün deyil. Xəstəliyi günü-gündən ağırlaşır”.

Akif Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan Akif Muradverdiyev qaçaqmalçılıqda təqsirli bilinib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA