Əvəz Zeynallının vəsatəti təmin olunub

img

16-01-2014 [22:04]


Yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə "Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının şikayəti üzrə proses keçirilib.

Əvəz Zeynallı Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan şikayətçidir.

Mətbuat Şurası 2011-ci ildə "Xural”ı "reket qəzet” elan edib və qəzetin adını "qara siyahı”ya salıb. Əvəz Zeynallı şuranın bu qərarının qanunsuz hesab olunması, Mətbuat Şurasının səlahiyyətlərini aşmaqda təqsirli bilinərək xüsusi qərardad çıxarılması üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Əvəz Zeynallı şikayət verib.

Məhbus jurnalistin vəkili Elçin Sadıqov "Media forum” saytına bildirib ki, Əvəz Zeynallı yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsinə gətirilməsi üçün vəsatət qaldırmışdı: "Qaldırılan vəsatət mütləq məhkəmə zalında müzakirə olunmalı idi. Vəsatət müzakirə olundu və qərara alındı ki, Əvəz Zeynallı məhkəməyə gətirilsin. Bu səbəbdən də proses təxirə salındı. Amma sonrakı prosesin vaxtı hələ dəqiq bilinmir”.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR