Arxeoloq Abuzər Ələkbərov vəfat edib
20-05-2021 [13:57]
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektorunun rəhbəri, İnstitutun Həmkarlar təşkilatının sədri, Cənub-şərq bölgəsi üzrə arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Abuzər İbrahim oğlu Ələkbərov uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Mia.az xəbər verir ki, Abuzər İbrahim oğlu Ələkbərov 25 iyun 1953-cü il tarixində Qərbi Azərbaycanın Keşişkənd bölgəsinin (müasir Ermənistanın Yeğeqnadzor rayonu) Amağu kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, iki il Sabirabad rayonunda tarix müəllimi işləmiş, sonra isə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra aspiranturada təhsilini davam etdirmiş, “Qədim Azərbaycanın gil heykəlləri” mövzusunda dissertasiya işini başa çatdıraraq Kiyev şəhərində müdafiə etmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti idi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda sektor rəhbəri vəzifəsində çalışıb. Arxeologiya və Etnoqrafiya İnstitutu Müdafiə Şurasının və Elmi Şuranın üzvü olmuşdur. Bir monoqrafiya, əllidən artıq elmi məqalənin müəllifidir. Fransanın Sen-Jermen Milli Arxeoloji Muzeyində Azərbaycandan olan tapıntıların monitorinq qrupunda çalışıb. Azərbaycan arxeologiya elmini Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, İran, Fransa və başqa ölkələrdə keçirilən elmi konfranslarda təmsil etmişdir.
“Cənub-Şərqi Azərbaycanın Arxeoloji tədqiqi” və “Fransa-Azərbaycan Beynəlxalq arxeoloji ekspedisiyasına” rəhbərlik edib. “Cənub-Şərqi Azərbaycanın arxeoloji xəritəsi” və “Cənub-Şərqi Azərbaycanın orta əsr arxeoloji abidələri” monoqrafiyaları üzərində iş aparıb.
20 ildən artıq Arxeologiya və Etnoqrafiya İnstitutu Həmkarlar Təşkilatının sədri, AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin və Məclisinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası məclisinin üzvü olmuşdu. Yeni Azərbaycan Partiyasının üzvü idi.
AMEA-nın ictimai həyatında fəal iştirak edib. Uzun müddət AMEA Azad Həmkarlar İttifaqının Gənclər təşkilatı, idman, mənzil məişət komissiyalarına, İdman spartakiadalarının və digər mədəni kütləvi tədbirlərin həyata keçirilməsinə rəhbərlik etmişdi.
O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Həmkarlar İttifaqı işində və kollektiv müqavilələrin bağlanmasında, onun yerinə yetirilməsində fəal iştirakınıı və ilk kollektiv müqavilənin 100 illiyini nəzərə alaraq 2004-cü ildə Fəxri Fərmanla təltif edilmişdi.
O, eyni zamanda AMEA-nın ictimai həyatında fəal iştirakına görə müxtəlif vaxtlarda 3 dəfə AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanı ilə təltif olunmuşdu.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Həmkarlar Hərəkatının inkişafında xidmətlərinə görə, Abuzər Ələkbərov “Tərəqqi” medalı ilə təltif edilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi mərhum arxeoloq Abuzər Ələkbərovun ailə üzvlərinə və əzizlərinə dərin hüznlə başsağlığı verir, görkəmli alim və səmimi insan Abuzər Ələkbərovun əziz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını bildirir.
Allah rəhmət eləsin!
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ