Mirşahin bu saytları məhkəməyə verdi - Siyahı

img

15-01-2014 [19:01]


"ANS” Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaymış bir sıra sayt və portallar bu gün məhkəməyə verilib.

"Qafqazinfo” xəbər verir ki, ANS MYMŞ-nın Hüquq Departamentindən ANS PRESS-ə verilən məlumata görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqları üçün, məhkəmədə cavab verəcək portallar aşağıdakılardır: Aznews.az, Interpress.az, Azvision.az, Demokratiya.info, Axar.az, Publika.az, Presspost.az.

Bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Adları çəkilən portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər.

***

Aznews.az saytının redaktoru Elçin Zahiroğlu "Qafqazinfo"ya açıqlamasında deyib ki, onlar ancaq ANS-də işdən çıxarılanlarla bağlı məlumat yayıblar:

"Bu əsəblə verilən bir qərardır və heç bir əsası yoxdur. Onlar əslində başqa informasiyaya əsəbiləşiblər. Məhkəmədə hüquqlarımızı müdafiə edəcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA