Sumqayıtda qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunub
17-05-2021 [13:30]
“Böyük Qayıdış” Gənclər Təşkilatı Vətən müharibəsi qazilərinə sosial dəstək tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə Sumqayıt şəhərində “Qayıdış” gənc qazilər üçün sosial-psixoloji dəstək layihəsi keçirib.
Mia.az xəbər verir ki, paytaxt Bakıdan sonra Sumqayıtda icra olunan layihə çərçivəsində tərəfdaş qurumların nümayəndələri, millət vəkilləri, layihənin ekspert və qonaqları, gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyində 5 gün ərzində 10 görüş baş tutub. Sumqayıt şəhərində yaşayan və sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan gənc qazilər peşakar təlimçilərin iştirakı ilə motivasiya, psixoloji dəstək təlimləri və tanınmış simaların iştirakı ilə motivasiya xarakterli görüşlərdə iştirak ediblər. Yekunda layihə iştirakçılarının Bakıda yerləşən, 44 günlük Vətən Müharibəsində qazanılan qələbəyə həsr olunmuş Hərbi Qənimətlər Parkına ziyarəti də təşkil olunub.
Təşkilat tərəfindən tərəfdaş qurumların dəstəyi ilə layihənin digər regionlarda da icrası planlaşdırılır. Həmçinin, “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən qazilərlə bağlı məşğulluq, qeyri-formal təhsil, ixtisasartırma, fərdi inkişaf və asudə vaxtın səmərəli təşkili sahələrində layihələrin keçirilməsi də nəzərdə tutulur.
“Böyük Qayıdış” Gənclər Təşkilatının məqsədi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı şanlı zəfər tarixinin gənclər arasında təbliğ edilməsi, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərinin cəmiyyətdə tanıdılması, işğaldan azad olunmuş torpaqların dirçəldilməsi prosesinə gənclərin səfərbər edilməsi, işğalın fəsadlarının, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, həmçinin Vətən müharibəsində iştirak edən gənclərin maraqlarının dəstəklənməsidir.
Təşkilat tərəfindən planlaşdırılan və keçirilməsi nəzərdə tutulan layihələrdə iştirak etmək istəyən gənclər “boyukqayidish.az” saytı və ictimai birliyin sosial media hesabları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərlər
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO