Yeseninşünaslığa daha bir tohfə – “Yesenin ensiklopediyası” hazırlanıb
17-05-2021 [12:56]
Son 20-25 il ərzində həyata keçirdiyi bir neçə böyük layihələrlə (Полное собрание сочинений С.А. Есенина и Летопись жизни и творчества С.А. Есенина) dünya yeseninşünaslığına öz əvəzedilməz töhfəsini verən Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu və burada fəaliyyət göstərən Yeseninin həyat və yaradıcılığını öyrənən “Yesenin qrupu”nun iştirakı ilə daha bir fantastik layihə həyat keçirilməyə başladı – çoxcildli “Yesenin ensiklopediyası”nın 1-ci buraxılışı işıq üzü gördü.
Bu kitab dahi rus şairi Serqey Yeseninin anadan olmasının 125 illiyi münasibətilə buraxılmış və şairin həyat və yaradıcılığı ilə bağlı xatirə yerlər, məkanlar və ədəbi toponimlərə həsr edilib.
Yesenin səyahət etməyi çox sevirdi. Onun əsərlərindən az qala hər birinin öz taleyi, öz tarixçəsi olduğu, hər bir şeirin şairin həyatının bir epizodu olduğu məlumdur. Təsadüfi deyil ki, 1925-ci ilin oktyabrında yazdığı tərcümeyi-halında öz həyat tarixçəsini təsvir edən şair sonda deyir: “Avtobioqrafik məlumatların qalanına gəlincə, onlar mənim şeirlərimdədir”.
Amma nə qədər səyahət etsə də, çoxlarının Avropaya, Amerikaya həmişəlik can atdığı bir zamanda, özünün dediyi kimi, İspaniyadan başqa bütün Avropanı və Amerikanı dolaşan şair oralarda çox yüksək səviyyəli həyat şəraiti, şan-şöhrət vəd edən müxtəlif təkliflərə baxmayaraq, onu maqnit kimi özünə çəkən vətəninə döndü. Şairin ən böyük məhəbbəti elə vətəninə olan sevgisi, təbiətə olan vurğunluğu idi.
Azərbaycan-rus ədəbi əlaqələrinin yorulmaz tədqiqatçısı S.Turabov Yeseninin vətən sevgisi ilə dopdolu şeirləri haqqında yazır: “Şairin ən böyük məhəbbəti – vətənə olan məhəbbətidir. Bu məhəbbəti şair elə təsirli, elə valehedici ifadə edib ki, Puşkinin özü belə, onun şeirlərinin altında öz imzasını qoyardı”.
Elə buna görə də dahi rus şairinin istər öz vətənində, istərsə də başqa ölkələrdə olduğu, gördüyü şəhərlər, kəndlər, yaşayış məntəqələri, dənizlər, çaylar, göllər və s. haqqında, şairin əsərlərinin poetikası ilə bağlı ədəbi toponimlər, eləcə də Yeseninin yaradıcılığında və bioqrafiyasında yer alan real çoğrafi toponimlər haqqında dolğun məlumatları özündə birləşdirən bir əsərin meydana gəlməsi bu böyük söz ustasının ədəbi-poetik irsinin qavranması və öyrənilməsi baxımından müasir yeseninşünaslığın qarşısında duran həddindən artıq vacib məsələlərdəndir.
Ensiklopediyanın bu buraxılışında məhz bu məsələlərlə bağlı ümumilikdə 442 toponim haqqında 357 məqalə ilə ərtaflı məlumat verilir. Bütövlükdə “Yesenin ensiklopediyası” layihəsi çərçivəsində 2500-dən çox məqalənin yazılacağını nəzərə alsaq, bu layihənin nə qədər əhəmiyyətli olduğunu əlavə sübut etməyə ehtiyac qalmır. Bu layihə həm sadə poeziyasevərlər üçün, həm də Yeseninin ədəbi-poetik irsini öyrənən mütəxəssislər, tədqiqatçılar, yeseninşünaslar üçün böyük önəm daşıyır. Burada verilən hər məlumat böyük şairin həyatının bir məqamını, onunla bağlı hadisələri və bəzən də həyatının müəyyən bir dövrünü özündə əks etdirir, şairin həyatı ilə bağlı müxtəlif hadisələrin daha doğru, dolğun verilməsi və obyektiv anlaşılmasına kömək edir. Bu kitab vasitəsilə dahi rus şairinin vətəni olan Rusiyada və ondan kənar coğrafiyada bütün həyatını addım-addım izləmək mümkündür və kitabda yer alan materiallar ayrı-ayrı ədəbiyyat və mədəniyyətlərin şairin dünyagörüşünə və yaradıcılığına təsirinin və əks prosesin öyrənilməsi baxımından da çox faydalıdır.
Bu kitab Azərbaycan yeseninsevərləri və yesenenşünasları üçün də böyük hədiyyədir. Məlumdur ki, Yesenin bir neçə dəfə Bakıda olmuş, burada yaşayıb-yaratmışdır, onun iştirakı ilə tədbirlər, görüşlər, poeziya gecələri keçirilmiş, Bakı mətbuatında onun şeirləri dərc olunmuş, yaradıcılığı ilə bağlı materiallar verilmişdir. Yeseninin öz əsərlərini ən çox dərc etdirdiyi mətbu orqan məhz Bakıda nəşr edilən “Bakinsiki raboçi” qəzetidir ki, 1924-25-ci illərdə bu qəzetdə onun 45 şeiri dərc edilmişdir.
Yeseninin həyat və yaradıcılığının Bakı dövrü onun yaradıcılığının ən məhsuldar və ən maraqlı dövrü olmaqla, şairin ümumi yaradıcılığında xüsusi yer tutur və ümumilikdə kifayət qədər zəngin olan Yesenin yaradıcılığı, şairin Bakı dövrü olmadan, bir qədər natamam görünərdi. Ümumiyyətlə, Yeseninin həyatının kənddə keçən illəri (əsasən, uşaqlıq və bir az da yeniyetməlik dövrü) şairin həyatında nə qədər dərin izlər buraxmışdırsa, Bakı dövrü də onun həm həyatında, həm də yaradıcılığında ən az elə o miqyasda iz buraxmışdır və bu mənada, bu dövr Yeseninin həyat və yaradıcılığının heç bir digər dövrü ilə müqayisəyə gəlmir.
Ensiklopediyanın bu buraxılışında dahi şairin, “hər bir şair gərək mütləq Bakıya getsin, onun ətrafları həddindən artıq şairanədir” dediyi, “mən and içməyə hazıram ki, Bakının işıqları ulduzlardan gözəldir” deyə vəsf etdiyi Bakı haqqında, burada olarkən ən gözəl əsərlərini yaratdığı, indi “Serqey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzi”nin və şairin ev muzeyinin yerləşdiyi gözəl Mərdəkan haqqında, şeirlərindən birində “Xəzər çətin gündə dost və arxadır” deyərək güvəndiyi və sevgisini qəlbində ölənəcən yaşadacağına söz verdiyi Xəzər dənizi və Balaxanı haqqında, yaradıcılığının şah əsərlərindən hesab olunan “Persidskie motivı” şeirlər silsiləsində vəsf etdiyi Şərq, Persiya, Bağdad, Bosfor, Şiraz, Xorasan, Tehran haqqında məlumat verilir.
Böyük məmnuniyyətlə onu da qeyd etmək istəyirik ki, tarixdə Yeseninin ilk poeziya bayramı məhz Azərbaycanda, 1972-ci il oktyabrın 4-də Rusiya Federasiyası mədəniyyət günləri çərçivəsində, Mərdəkanda keçirilib. Onu da vurğulayaq ki, Mərdəkandakı Yesenin muzeyi şairin doğma vətəni Rusiyadan kənarda fəaliyyətə başlayan ilk rəsmi muzeydir. Bu da böyük şairin adının əbədiləşdirilməsi yolunda Azərbaycanda atılan ən mühüm ədəbi-mədəni hadisələrdən biri olaraq Azərbaycan xalqının bu böyük rus şairinə olan səmimi sevgisinin bariz nümunəsidir.
“Yesenin ensiklopediyası” üzərində M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda fəaliyyət göstərən “Yesenin qrupu” ilə birgə şairin doğulduğu Ryazan Vilayəti Konstantinovo kəndində yerləşən Serqey Yesenin Dövlət Muzey-Qoruğunun əməkdaşları da böyük həvəs və enerji ilə işləmişlər. Kİtabda verilmiş maraqlı illüstrasiyalar və məhz Muzeyin fondunda olan, amma geniş kütləyə məlum olmayan maraqlı şəkillərdən istifadə edilməsi kitabı daha da canlandırır və onun rahat və yorulmadan, bir bədii əsər kimi oxunmasını təmin edir. Kitab nəfis şəkildə hazırlanmış və poliqrafik baxımından da ən yüksək standartlara cavab verir.
Bütün dünyada, ucsuz-bucaqsız bir coğrafiyada Yesenin yaradıcılığı ilə məşğul olanlara, yeseninşünaslara, yeseninsevərlərə çox dəyərli, qiymətsiz bir hədiyyə olan bu əsər üzərində işləyən hər kəsə – kitabın elmi və məsul redaktoru, Yeseninin həyat və yaradıcılığının öyrənilməsində fövqəladə rolu olan “Yesenin qrupu”nun rəhbəri N. İ. Şubnikova-Qusevaya, qrupun elmi katibi, bu buraxılışın redaktoru, mənim səmimi dostum Maksim Skoroxodova, qrupun bütün üzvlərinə, redaksiya heyətinə, texniki işçilərə, Serqey Yesenin Dövlət Muzey-Qoruğunun bütün əməkdaşlarına, bir sözlə bu layihənin həyata keçirilməsi yolunda can yandıran bütün insanlara Azərbaycan yeseninsevərləri və yeseninşünasları adından dərin təşəkkür edirəm.
Bu layihənin həyata keçirilməsini maliyyələşdirən Ryazan Vilayəti Hökumətinə də təşəkkür etməyi unutmayaq.

İsaxan İsaxanlı
Beynəlxalq Yesenin mükafatları laureatı
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib