Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - İlham Əliyev müraciət ünvanlayıb (Yenilənib)
GÜNDƏM
22.09.2025, 10:12
Prezident İlham Əliyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciəti Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub.
Müraciətdə bildirilir:
"Hörmətli Forum iştirakçıları,
Sizi Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səmimi-qəlbdən salamlayıram.
Azərbaycanda ilk dəfə keçirilən bu Forumun qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin müzakirəsi, ölkəyə yeni investisiyaların cəlb olunması üçün mühüm platforma olacağına inamımı ifadə edirəm.
Müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm vermiş, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atmışdır.
Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaratmışdır. Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, bunun əhəmiyyətli hissəsi və ya 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.
Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər.
Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış "Əsrin Müqaviləsi" qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşmüş, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir.
Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilmişdir. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artmış və onun ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlmişdir. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artmışdır. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir.
Bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənmişdir: hazırda bizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 171 müəssisə qeydiyyata alınmış, onların 98-i artıq istehsal fəaliyyətinə başlamışdır. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılmış, burada 11 minə yaxın daimi iş yeri yaradılmışdır.
Qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsində qorunmuşdur İqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəltmiş və ölkənin maliyyə gücünü artırmışdır. 2025-ci ildə 2017-ci ilə nəzərən dövlət büdcəsinin gəlirləri 2,4 dəfə, strateji valyuta ehtiyatları 1,9 dəfə artmış, dövlətin xarici borcunun ümumi daxili məhsula nisbəti isə 6,5%-ə düşərək dünya üzrə ən aşağı göstəricilərdən birinə çevrilmişdir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpa olunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.
Enerji siyasətimiz Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır. Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində strateji tərəfdaşıdır. Təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də "ağıllı infrastruktur" konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bugünün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur.
Ölkədə qanunun aliliyin təminatı, hökm sürən siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasətimiz üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır. Yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri sərmayədarlara dayanıqlı layihələrə qoşulmaq imkanı verir.
Ənənəvi enerji sahəsindəki uğurlarımız bu gün rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya ilə tamamlanır. Bulud texnologiyalarının genişləndirilməsi, rəqəmsal məlumat infrastrukturunun inkişafı və innovativ həllərin iqtisadiyyatın əsas sahələrinə inteqrasiyası Azərbaycanın gələcəkdə yüksək texnologiyalar və süni intellekt sahəsində strateji mərkəz rolunu oynamaq üçün mövqelərini daha da möhkəmləndirir.
Azərbaycan yaradıcı təşəbbüsləri, iş adamlarına daha mənfəətli fəaliyyət imkanları təqdim edən layihələri daim dəstəkləyir. Hesab edirəm ki, Azərbaycanın təqdim etdiyi üstünlüklərdən faydalanmaqla tərəfdaşlarımız ölkəmizin dayanıqlı inkişafına, texnoloji tərəqqisinə və bütövlükdə regionunun firavanlığına mühüm töhfələr verə bilər.
Bu gün keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əməkdaşlıq və sərmayə cəlbinin yeni mərhələsi üçün başlanğıcdır. Bizim əsas məqsədimiz innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsidir. Mən hamınızı kapital, texnologiya və ideyalarınızı Azərbaycana gətirməyə dəvət edirəm.
Əminəm ki, sizin ideya və təşəbbüslərinizin Azərbaycanda real layihələrdə əksini tapması uğurlu əməkdaşlığa və ümumi rifaha möhkəm zəmin yaradacaqdır.
Forumun işinə uğurlar, bütün iştirakçılara isə yeni səmərəli tərəfdaşlıqlar arzulayıram".
***
Bu gün Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) işə başlayıb.
Mia.az xəbər verir ki, sabah başa çatacaq tədbir İqtisadiyyat Nazirliyinin, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentiyinin (AZPROMO) təşkilatçılığı ilə baş tutub.
Forumda dövlət və hökumət rəsmiləri, iş adamları və beynəlxalq investorlar iştirak edir. Tədbir çərçivəsində bir sıra anlaşma memorandumlarının imzalanması nəzərdə tutulur.
Forumda Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətini səsləndirəcək.
Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal platforma təqdim edir. Tədbir iştirakçıları yeni qlobal rəqabətlilik paradiqmalarına dair dəyərli biliklər əldə etməklə yanaşı, yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanacaqlar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Bavariya" "Qalatasaray"dan aldığı futbolçunu satışa çıxardı
Bugün, 00:24 İDMAN
-
Türkiyədə həbsdə olan kürd siyasətçi azadlığa buraxılır
Bugün, 00:24 DÜNYA
-
Bayılda külək binanın fasadını qopardı - VİDEO
Bugün, 00:17 CƏMİYYƏT
-
Sədr və qardaşına yaxın vəzifəlilər AZAL-dan uzaqlaşdırılıb - Yoxlamanın nəticəsi nə vaxt elan olunacaq?
Bugün, 00:12 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
Deputatın qardaşı və qardaşı arvadı haqqında qərar verildi - Ölkədən çıxışa qadağa və...
07.09.2026, 21:31 DÜNYA
-
Ərdoğan İsrailə xəbərdarlıq edib, İranla müharibə barədə mesajlar verib: "Sakit davranışımız heç kəsi aldatmasın!" - "Türkiyənin dostları qalib, düşmənləri məğlub olacaq"
07.09.2026, 20:13 GÜNDƏM
-
"Fənərbağça" yapon hücumçu üçün 25 milyon avro təklif verdi, rədd cavabı aldı
07.09.2026, 19:52 İDMAN
-
"Fənərbağça"da daha bir ayrılıq - İstanbuldan yola salanı olmadı
07.09.2026, 18:57 İDMAN
-
"Changan"ların mühərriki niyə tez sıradan çıxır? - VİDEO
07.09.2026, 18:42 İQTİSADİYYAT
-
Abid Şərifovun qardaşı oğlu təqaüdə göndərildi - Nazir əmr imzaladı
07.09.2026, 18:02 GÜNDƏM
-
Məşhur jurnalist ev dustaqlığına buraxıldı - 40 il müddətinə həbsi istənilirdi
07.09.2026, 17:51 PRESS
-
Energetika Nazirliyi: "IRENA ilə COP31-in enerji gündəliyi müzakirə edilib"
07.09.2026, 17:43 İQTİSADİYYAT
-
Partiya bəyanat yaydı - MƏTN
07.09.2026, 17:25 SİYASƏT
-
Nazirlikdən hava ilə bağlı - XƏBƏRDARLIQ
07.09.2026, 17:23 GÜNDƏM
-
Keçmiş Baş nazir prokurorluğa çağırılıb
07.09.2026, 17:08 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
07.09.2026, 17:00 İQTİSADİYYAT
-
Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur
07.09.2026, 16:52 GÜNDƏM
-
DAHA İKİ QHT RƏHBƏRİNƏ AĞIR CƏZA VERİLDİ - Məhkəmə prosesi
07.09.2026, 16:38 SİYASƏT
-
SABİQ DEPUTAT "ATƏŞGAH SIĞORTA"DAN ŞİKAYƏTLƏNİR: "Uzaq durun, pulunuz batacaq!"
07.09.2026, 16:29 CƏMİYYƏT
-
Rayonlara leysan yağır
07.09.2026, 16:10 GÜNDƏM
-
YAP Sumqayıt şəhər təşkilatının hesabat konfransı: nə və niyə tənqid edildi? - VİDEO, FOTOLAR
07.09.2026, 15:55 SİYASƏT
-
Deputatdan YAP-ın gözlənilən qurultayı haqda açıqlama: "...mühüm siyasi hadisə olacaq"
07.09.2026, 15:47 SİYASƏT
-
Qarabağ zonasında 1706,4 ha ərazi minalardan təmizlənib
07.09.2026, 15:29 CƏMİYYƏT
-
Azərbaycan millisi xüsusi hazırlıq üzrə toplanışa start verib
07.09.2026, 15:22 İDMAN
-
"44" bədii filminin premyerası: vaxt açıqlandı
07.09.2026, 15:14 MƏDƏNİYYƏT
-
"Dedilər ki, burada İcra Hakimiyyəti ilə bələdiyyə..." - Xətaidə daha bir qalmaqal + VİDEO
07.09.2026, 15:07 CƏMİYYƏT
-
Sentyabrın əsas şanslı bürcləri: Siyahıda kimlər var?
07.09.2026, 15:00 CƏMİYYƏT
-
"Bakı yalnız hazır hərbi vasitələrin əldə olunmasında maraqlı deyil, əsas məsələ..." - TƏHLİL
07.09.2026, 14:53 SİYASƏT
-
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi
07.09.2026, 14:53 İQTİSADİYYAT
-
Ankara səmasında sirli gecə - İnsanlar niyə qorxuya düşüb? (FOTO)
07.09.2026, 14:42 DÜNYA
-
QHT sədri məhkəmə zalından şərti azadlığa buraxıldı
07.09.2026, 14:37 SİYASƏT
-
Prezident İlham Əliyev ona "Şöhrət" ordeni verdi - Sərəncam
07.09.2026, 14:02 GÜNDƏM
-
PREZİDENT XANHÜSEYN KAZIMLININ OĞLUNU VƏZİFƏDƏN AZAD ETDİ - Fond sədri vəzifəsinə yeni təyinat
07.09.2026, 13:49 GÜNDƏM