YAP-çı deputat tanınmış qadın müğənnini təhqir etdi

img

14-01-2014 [11:18]



Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Astan Şahverdiyev əməkdar artist Firuzə İbadovanın onunla torpaq müharibəsi etməsi və məhz bu səbəbdən də müğənninin xəstəxanalıq olması barədə yazılanlara münasibət bildirib

Deputat A.Şahverdiyev Publika.Az-a açıqlamasında deyib: "Firuzə İbadova yalan danışır. Çünki Firuzə İbadova və Cavanşir Məmmədov qızımın toyunda əvvəldən axıradək oxuyublar. Ancaq Firuzə İbadova o gün çıxıb efirdə yalandan deyir ki, güya bizi tanımır. Elə onun ilk yalanı burdan başlayır. Mən eşitmişəm ki, Firuzə İbadaovadan nə alınıbsa, hamısı ödənilib. Rəşid Allahyarov mənim keçmiş kürəkənim olan Aqil Fətəliyevdən də dələduz adamdır. Sadəcə olaraq mən bu şərdən qaçmaq istəyirəm. Onlar məni şantaj edirlər. Mən Firuzəni məhkəməyə də vermək istəmirəm. Çünki deyirlər ki, o arvad xəstədir. İndi onun nəyini məhkəməyə verim? Allah onsuz da onu vurub da! Firuzə İbadova məni Allaha tapşırır. Mən Allahsız nə iş görmüşəm? Məni bütün Azərbaycan tanıyır ki, Allah adamıyam. İndi bunlar məndən nə istəyir, bunu bilmirəm. Həmin 5 sot torpaq deyirlər, əvvəllər orda 12-13 sot torpaq olub. Bunu Firuzə İbadova televiziyada da deyib ki, orada 5 sota mənim heç bir iddiam yoxdur. O 5 sot mənim yetim nəvəmindir. Mənim qızım 2 il bundan əvvəl Aqil Fətəliyevdən boşanıb. Hazırda qızımın da bir uşağı var. Nəvəmin atasından ona nə isə qalmalı idi də! Gəlin bunun hüquqi tərəfini kənara qoyub insani tərəfinə baxaq”.

A.Şahverdiyev qeyd edib ki, kimsə pulunu ala bilmirsə, orada onun adının günahkar kimi göstərilməsi doğru deyil: "Digər tərəfdən isə o tərpaq mənim nəvəmindir və həyat yoldaşımın adınadır. O torpaq heç kimə verilməyəcək. Həmin 5 sot torpaq qanunudur və kupçası da var. Hətta, qızımla boşanma ərəfəsində keçmiş kürəkənim olan o gədəyə həyat yodaşım "dovernus” verdi ki, aparıb o torpaqı satsın. O da sata bilmədi və belə də qaldı.

O adamı mənim kürəkənim kimi təqdim etmək doğru deyil. O adam 2 ildir ki, mənim kürəkənim deyil, qızım dava-qırğın yolu ilə ondan boşanıb. Hətta, bu adam neçə vaxtı məhkəməyə gəlməyib də. Axı niyə o adamı mənim kürəkənim kimi yazırlar? Bu şərəfsizlikdir.

Onlar mənim həyat yoldaşıməın da adını hallandırırlar ki, güya həyasız bir alverçi qadındır və sairə. Mənim yoldaşım Rüştü Paşanın kötücəsidir, o Allah adamıdır. Mən özüm isə 42 ildir ki, müəlliməm, ancaq bir tələbənin 1 manatını da görməmişəm.

Mən aciz adam deyiləm, mən güclü adamam. Mənim var-dövlətim olmasa da, şəxsiyyətim və güclü iradəm var. İndi ay Firuzə İbadova, gedin öz probleminizi özünüz həll edin. Axı məni niyə qatırsınız? Bu məsələnin mənə heç bir aidiyyatı yoxdur. O adam da mənim kürəkənim deyil”.

Xatirladaq ki, "Şərq” qəzetində əməkdar artist Firuzə İbadovanın millət vəkili Astan Şahverdiyevlə torpaq müharibəsinin müğənnini xəstəxanalıq etməsi barədə yazı dərc olunub. Yazıda qeyd olunur ki, millət vəkili tərəfindən torpaq sahəsinin əlindən alınması müğənninin səhhətində ciddi problemlər yaradıb: "Hətta baş verənlərə etiraz olaraq, müğənni Yeni il axşamı da daxil olmaq şərtilə 3 gün aclıq aksiyası keçirib. Aclıq aksiyasına başlayan müğənninin Yeni il gecəsi vəziyyəti həddindən artıq ağırlaşdığından sənət dostlarından bir neçəsi ona baş çəkməli olublar. Duet ortağı və ailə dostu Cavanşir Məmmədov da Firuzə İbadovaya ilk baş çəkənlərdən olub.

F.İbadova dəfələrlə deputatla görüşüb, məsələnin sakit şəkildə həll olunmasına çalışsa da, buna nail ola bilməyib. Bir sözlə, əməkdar artistə bildirilib ki, özünü yormasın, torpaq əldən getdi.

Məlumata gərə, üzləşdiyi hadisə səbəbindən Firuzə İbadova hazırda ev şəraitində müalicəsini davam etdirir, vəziyyəti o qədər də qənaətbəxş deyil. Yaxınlarının sözlərinə görə, gün ərzində 2 dəfə müğənniyə sistem köçürülür. Tək qadının millət vəkili ilə mübarizə aparması o qədər da asan olmadığından Firuzə İbadova çarəsiz vəziyyətdə qalıb. Bunu müğənninin yaxınları deyirlər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA