"Gecə 1-də yazır ki, gəl yanıma..." - 75 yaşlı keçmiş məktəb direktoru 25 yaşlı qızı "gözüm-çıxdı"ya salıb - VİDEO
07-05-2021 [13:49]
Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Qara-Təhlə kəndində biədəb əhvalatlar baş verməkdədir.
Virtualaz.org Qardabani bölgəsində fəaliyyət göstərən azərbaycandilli 24news.ge portalına istinadən xəbər verir ki, kəndin 25 yaşlı sakini Ə.Ovçuyeva kəndin digər sakini, 75 yaşlı Qafarov (adı göstərilmir) ona göz dikib. Təzyiqlər göstərərək onunla “yatmasını” tələb edir, üstəlik divarlarda qadının ünvanına söyüşlər yazır.
Gənc qadın bildirir ki, ahıl yaşda olan həmkəndlisi gecə saatlarında ona mesajlar yazır, birgə yaşamalarını təklif edir. Əks halda qadını kənddə biabır edəcəyi ilə hədələyir. Kəndin küçələrində qadının haqqında təhqiramiz sözlər yazılmış vərəqlər də yapışdırılıb. Yaşlı kişi habelə boya ilə divarlara qadının əxlaqsızlıqla məşğul olduğu haqda “şüarlar” da həkk edib.
“Gecə saat 1-də mesaj yazıb ki, bu axşam gəl yanımda qal, yoxsa səni kənddə biabır edəcəm. Elə həmin gecə polisə şikayət etdim. Guya ki, içkili olub. Onun etdiklərinə görə anam kənddə çalışdığı mağazada işdən çıxıb. Divarlara kağızlar yapışdırılıb, həmin kağızlarda barəmdə əxlaqsız sözlər yazılıb, 90 kişinin adı çəkilir”,-şikayətçi danışıb.

Şikayətçinin anası isə bildirib ki, qızına qarşı edilən hərəkətlərə görə səhhətində problemlər yaranıb: “Kişinin özündən soruşuram ki, mənim qızımdan nə istəyirsən? Deyir ki, qızını sevirəm. 25 yaşlı qız getsin 75 yaşlı kişiyə arvadlıq eləsin? Bizim şikayətlərə baxan yoxdur. Mağaza işlədirəm. Müxtəlif qurumlara yazır, mağazada yoxlamalar aparılır, cərimələr yazılır. Şahidlərim var, vərəqələri yapışdırdığı yerdə şəkillərini çəkmişəm. O, istəyir ki, vurub onu öldürəm, amma bu iş qanunla həll edilməlidir. Polisə şikayətə getməkdən yorulmuşam, taksilərə verməyə pulum qalmayıb. Pul verib, hamını susdurur. Dövlətdən xahiş edirəm, bizə köməklik edilsin”,-şikayətçinin anası deyib.

Ana-balanın ittiham etdikləri Qafarov isə bildirib ki, ona böhtan atırlar. “Həmin şəxslər mənim evimdən oğurluq ediblər, iş Qardabanda prokurorluqda araşdırılır. Onlardan şikayət eləmişəm. Oğurlanan malların yarısını geri qaytardılar, yarısını qaytarmayıblar. Bütün kəndi aldadırlar, camaatın həyətindən soğan, sarımsaq oğurlayırlar. Mən məktəb direktoru işləmişəm, balaca uşaq döyüləm ki, oyun oynayam. Ona yazmışam ki, pulumu gətir, 2 min lari almışdılar məndən, hələ də min lari borcludurlar”, -Qafarov deyib.
Şikayətçilərin təqdim etdikləri görüntülərdə isə Qafarovun əlində boya ilə getdiyi görünür. Qafarov isə deyib ki, divarlara təhqirlər yazan, yaxud təhqir dolu sözlər yazılmış kağızlar yapışdıran o deyil.
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra