Yeni nazir əvəzindən islahat anonsu: "Səhiyyə sistemində dəyişikliklər aparılacaq"

img

06-05-2021 [12:03]


"Səhiyyə sistemində islahatlar aparılacaq".

Bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

O bildirib ki, bütün bunlarla bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncama əsasən, Teymur Musayev səhiyyə nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də T.Musayevə verilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA