Akademik Tofiq Hacıyevin ədəbi irsi tükənməz bir xəzinədir - Filologiya üzrə elmlər doktoru yazır
04-05-2021 [20:13]
Vətənini ürəkdən sevən, yurduna qəlbən bağlı olan onun yüksəlişini, ölkələr arasında dürüst sözünü belə səfərbər edən şəxsiyyətlər tarixdə öz yaradıcılıqları və özlərindən sonra qoyub getdikləri ilə seçilir, fərqlənirlər və yaşayırlar.
Onlar öz fərdi istəklərindən uzaqlaşıb, Tanrının ona yurd seçdiyi Vətənin, el-obanın, dərd-sərini özlərinin dərdinə çevirib bu dərdlərin aradan qaldırılması yolunda mücahidə çevrilirlər.
Bu cür insanlar cəmiyyətin hansı təbəqəsində yaşamasından asılı olmayaraq, çalışıb-vuruşur və son anda bu yolda tarixlərdən heç bir zaman silinməyən tarix yazırlar, onların ömrü əsərlərinin xalq arasında yaşaması ilə ölçülür. Müqəddəs Qarabağ torpağının azadlığı uğrunda döyüşüb qələbə sədaları altında ona həyat verən, öz qoynunda böyüdən torpağına qovuşan Qarabağ qəhrəmanları kimi.
Öz danışdığı ana dilinin, bu dildə yazılan ədəbiyyatının, bu ədəbiyyatı yaradan şəxsiyyətlərin özlərindən sonra gələnlərə tanıdılması üçün ömürlərini şama çevirənlər çox olub. Onlardan biri də bütün həyatını öz ana dilinin və ədəbiyyatının tədqiqinə, öyrənilməsinə, qaranlıq qalan səhifələrin işıqlandırılmasına həsr edən, may ayının birində 85 illiyi qeyd olunacaq qədim Qarabağ torpağının yetişdirdiyi görkəmli şəxsiyyət akademik, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Türkiyə Cümhuriyyətinin “Ləyaqət nişanı”, “Türk dünyasına xidmət” medalları ilə onları təltif olunmuş Tofiq İsmayıl oğlu Hacıyevdir. Çox təəssüf hissi keçirirəm ki, böyük insan, görkəmli türkoloq bizim yaşadığımız bu günü, Qarabağın, o cümlədən doğma yurdu Cəbrayılın azad olunması xəbərini eşitmədi. Azad olunan torpaqlarda qürur, fərəh hissi ilə gəzib dolanmadı.
O, Qarabağ torpaqlarının azad oluncağına öz varlığına inandığı qədər inanırdı və oğlu Azər Hacıyevi də inandırmışdı. Əgər inandırmasaydı, onda oğlu atasından bəhs edərkən hələ 2016-cı ildə yazmazdı: “O, həyatdan böyük bir
nisgillə getdi-düşmən tapdağı altında qalmış kiçik vətəni, doğma Cəbrayılı son dəfə görə bitmədi.
İndi ruhunun o torpaqlarda olduğunu düşünür, təsəlli axtarırıq. Amma bu cür təsəlli Tofiq Haciyevin Türkün əvəzsiz dilinə, qələbə dolu tarixinə həsr etdiyi yaradıcılığına uyuşmur. Biz tariximizdəki bu ləkəni çox yaxın bir zamanda yox etməli, yerinə yeni zəfər bayrağı sancmalıyıq!»
Qarabağ uğrunda gedən döyüşlərdən əldə etdiyimiz bugünkü parlaq qələbəmiz əvəzolunmaz türkoloqun qəlbində yaşatdığı pozulmaz inamı və özündən sonra gələnlərdə yaşatdığı təlqini idi ki, biz o xoşbəxt günü bu gün yaşamaqdayıq.
Akademiki təkcə yaşadığı ölkənin bu günü deyil, dünəni və gələcəyi daha çox maraqlandırırdı. Buna görə də o, xalqın, vətənin, yaşadığı mühitin dərdlərini öz dərdinə çevirən Azərbaycanın bütün dəyərli şəxsiyyətlərinin yaradıcılığına müraciət edib, onları dəyərləndirib, xalqın düçar olduğu bəlalardan qurtarmağın yollarını onların öz əsərlərindən gətirdiyi nümunələrlə təsdiq etməyə çalışırdı.
Böyük alim Azərbaycan xalqının işıqlı gələcəyi, inkişafı və maariflənməsi yolunda qorxmadan, çəkinmədən mübarizə aparan M.F.Axundov, C.Məmmədquluzadə, H.B.Zərdabi, M.Ə.Sabir və. s kmi mütəfəkkirlər haqqında onlarla sanballı məqalə, monoqrafiya və əsər yazib cap etdirmisdır.
Bu yanaşma akademik Tofiq Hacıyevin M.Ə.Sabirin yaradıcılığına münasibətində daha qabarıq şəkildə görünür. O hələ aspiranturada oxuduğu illərdən bu məsələlərə yaxından diqqət göstərmiş, öz xalqının savadlanması və imzasının imzalar içində olmasına çalışan M.Ə.Sabir haqqında yeddi jurnal, 6 qəzet məqaləsi və iki kitab yazıb çap etdirmişdir.
O hələ gənc yaşlarından (1961-ci ildən) M. Ələkbər Sabirin yaradıcılığı ilə yaxından maraqlanmış, şairin anadan olmasının 100 illiyinə həsr etdiyi “Sairin fırçası” adlı məqaləsi ilə “Azərbaycan” jurnalında çıxış etmişdir. Bu məqalədən sonra Akademik Tofiq Hacıyevın bir neçə məqaləsi müxtəlif məcmuə və elmi jurnallarda işıq üzü görmüşdür. Akademikin satirik əsərlərlə bağlı yazdığı əksər məqalələrdə M. Ə. Sabirin yaradıcılığına müraciət olunur. Bu məqalələrdə Sabirin
özündən əvvəl yazıb yaradan şairlərlə ideya bağlılığı, haqsızlığa nifrət, zəhmətkeş insanlara məhəbbət kimi əxlaqi fikirlər öz əksini tapmışdır.
İlk məqalədən sonra Tofiq Hacıyevin “Füzuli və Sabir” seriyası, “M. Ə. Sabir üslubunda “Molla Nəsrəddin” formaları, “Satirik nitqdə jarqonun xüsusiyyətləri” , “Dilimin satirik gücü”, “İnqilabi-satirik üslubda xüsusi isimlərin işlənmə xüsusiyyətləri” məqalələrini jurnal səhifələrində dərc etdirmiş, yenə də M. Ə. Sabir yaradıcılığına həsr edilmiş, “Sabir satiraları dini xürufatla mübarizədə”, “Sabirin uşaq şeirləri haqqında”, “Sabirin elmi düşüncələri” (M. Ə. Sabir) adlı məqalələri qəzet səhifələrində işiq üzü görmüşdür.
Bu jurnal və qəzet məqalələrindən başqa professor Tofiq Hacıyev M. Ə. Sabirin həyat və yaradıcılığı ilə bağlı kitab da nəşr etdirmişdir. Kitablardan biri 1975-ci ildə ADU nəşriyyatında çap edilən “Satira dili” əsəri, digəri isə 1980-ci ildə “Yazıçı” nəşriyyatında işıq üzü görmüş “Sabir: qaynaqlar və sələflər” əsəridir. “Satira dili” əsəri bütünlüklə M.Ə.Sabirə həsr olunmasa da, “Sabir: qaynaqlar və sələflər” əsəri tamamilə M.Ə.Sabirin yaradıcılığına həsr edilmişdir. Kitabda Sabirin Füzuli yaradıcılığından bəhrələnməsi, onun yaradıcılığına şifahi xalq ədəbiyyatı nümunələrinin təsiri, Sabir yaradıcılığının Mirzə Fətəli Axundov yaradıcılığı ilə bağlılığı, Sabir yaradıcılığında “Molla Nəsrəddin”in rolu və Sabir yaradıcılığında C.Məmmədquluzadənin bir şəxsiyyət kimi rolu və sair məsələlər öz əksini tapmışdır. Bundan əlavə, Sabir yaradıcılığının C. Cabbarlı yaradıcılığına təsiri və sair məsələlər qələmə alınmış, bu böyük şəxsiyyətlərin hər birinin yaradıcılığının bir məktəb vəzifəsini yerinə yetirdiyi müqayisəli faktlarla konkretləşdirilmişdir.
Akademik Tofiq Hacıyev “Sabir: qaynaqlar və sələflər” kitabının müqəddiməsi hesab olunan “Daha dərin köklər” bölməsində yazır: “Azərbaycan dilli satirik şeir Mirzə Ələkbər Sabirlə kamala çatır: zarafatdan, məzhəkədən yüksəlib, masqaradan, həcvçilikdən çıxıb, mükəmməl ictimai-estetik vüsət qazanır; ötəri, əyləndirici gülüşdən sarsıdıcı gülüşə, yumşaq yumordan sərt satiraya keçir”.
Satirik əsərlərin, o cümlədən bu sahədə öz quruluş və axıçılığı ilə seçilən Sabir satiralarının bu qədər diqqətçəkən, təsirli və qaynar olması həmin dövrün
eybəcərliklərinin çoxluğunun təsirindən ortaya çıxmışdır. Əgər həyatda baş verən haqsızlıqlar, eybəcərliklər, mənəm-mənəmliklər, başqalarının qismətinə göz dikmək, zavallıları əzmək, mənfiliklər kütləvi hal olmasaydı, onda bu satirik əsərlər hansı səbəbdən yarana bilməzdi?! Yəqin ki, onda heç satirik şeir növü də inkişaf edə bilməzdi.
Elə bu səbəbdən də kitab müəllifi yazır: “Xalq ən qədim dövrlərdən haqsızlığa, qəbahətə, mənfiliklərə nifrət bəsləmiş, qəzəblənmiş və bu satirik janrlarda nifrətini, qəzəbini ifadə etmişdir”.
Kitabın ikinci, eyni zamanda ən geniş bölməsi “M. Füzuli və M. Ə. Sabir” adlanır. Kitab müəllifi hansı məqsədlə bir-birindən 350 illik bir məsafədə yaşayıb - yaratmış bu iki söz cəngavərinin yaradıcılıqlarını müqayisə edir?! Kitabı oxuduqca bir-birindən 350 illik məsafədə yaşayan bu insanların eyni dərdlə yaşadıqları, eyni ağrıları yaşadıqları gecə qaranlığında parıldyan şimşək kimi göz qamaşdırır.
Bu iki həmdərdi tarixlərin uzaq keşməkeşləri ayırsa da, onları eyni dərd, eyni əqidə, eyni məslək birləşdirir. Bu birlik, bu eynilik haradan və nədən qaynaqlanmışdır?!
Mən fikirləşmədən deyərdim ki, böyük satirikin dahi türk oğlu, qələmini bir çox sahələrdə sınayan, öz “Leyli və Məcnun” ilə türk dilinə əbədi və möhtəşəm abidə ucaldan Füzuliyə, onun yaradıcılığına tükənməz sevgisindən irəli gəlmişdir.
Kitabda akademik Füzuli yaradıcılığı ilə Sabir yaradıcılığı arasında çoxlu paralellər aparır və bu qənaətə gəlir ki, Sabir uzun müddət Füzuli yaradıcılığından bəhrələnsə də ilk əvvəllər şairin Füzuli şeirlərinin təsiri ilə yaratdığı şeirlər çox sönük görünür və Füzuli səviyyəsinə qalxa bilmir. Bunu nəzərə alan Tofiq Hacıyev yazır: “Sabir yaradıcılığı Fizuli yaradıcılığından qidalansa da, onların yaradıcılıqları arasındakı fərq aradan qaldırılmamış, Sabir bu xətti heç zaman keçib gedə bilməmişdir”. Tofiq Haciyev göstərir ki, Füzuli zirvəsinə nəinki Sabir, heç onun müəllimi S.Ə.Şirvani də ucala bilməmişdir.
Bunu nəzərdə tutaraq T.Hacıyev yazır: “Sabir görürdü ki, Füzuli məktəbimin ən istedadlı nümayəndəsi olan öz müəllimi Seyid Əzim belə onun
bərabərinə çata bilməmiş və Füzuli üslubunda təxminən yeni heç bir şey deməmişdir.”
Kitab müəllifi nümunələrlə göstərir ki, Sabir uzun müddət Füzulinin cazibə qüvvəsində qalsa da, sonradan o bu tilsimindən çətin də olsa, uzaqlaşa bilir, özünü poeziya üfüqlərində daimi yaşadan yeni bir yola qədəm qoyur və bu yol onu Füzuliyə pərəstişkarlığından kənarlaşmağa kömək edir.
Sabirin Füzuli yardıcılığından ayrılıb özü üçün yeni bir bənzərsiz cığır açması və bu cığırdan keçdikdən sonra əlçatmaz uğurlar əldə etməsi kitabın dördüncü, “Müstəqil üslub yollarında” bölməsin də öz əksini tapmışdır.
Verilən nümunə və aparılan təhlillərdən belə məlum olur ki, Sabir təkcə Füzuli yaradıcılığından deyil, öz dünyagörüşünə, ideyalarına uyğun gələn digər mütəfəkkirlərin də yaradıcılığından qidalanmışdır. Bu yaxınlıq təkcə insan sənətkarlığına olan vurğunluqdan, sənətkarlıq xüsusiyyətlərini hesabıa deyil, sənətkarlığı ilə də digərlərindən kəskin surətdə fərqlənməklə, onların qarşılarına qoyduqları məqsəddən, amaldan da asılı idi.
Sabirin şəxsiyyətinə və tutduğu poetik yola hörmət bəslədiyi görkəmli sənətkarlardan biri də Azərbaycan dramaturgiyasının banisi, hamının savadlanması üçün yeni əlifba uğrunda mübarizə aparan şair, publisist, dövlət adamı, eyni zamanda yurddaşlarının savadlanması üçün əlindən gələni əsirgəməyən M. F. Axundov idi.
Müəllif qeyd edir ki, Sabir təkcə Füzuli yaradıcılığını sevib, ondan qidalanmır, bu vurğunluq onun M.F.Axundov yaradıcılığına olan münasibətində də özünü göstərir.
Kitabın “Eyni səviyyə” bölməsində müəllif Sabirin M. F. Axundova, onun yaradıcılığına, yazdığı əsərlərdəki personajlara olan vurğunluğunu nəzərə alaraq yazır:”Müəllim seçmək məsələsi qarşısında dursa idi, Sabir bunu heç də problemə çevirmədən bütün sələflərindən öyrənməkdən imtina etmədən, şübhəsiz, M.F.Axundovu, həmişəlik özünə müəllim seçərdi. Yeganə müəllimdən dərs almağı heç kəs qanun zoruna qəbul etdirə bilməz. Sabir də həm Axundovdan, həm də Füzulidən dərs alırdı”.
Kitabda Sabirin Axundova olan münasibətindən bəhs edən bölmələri oxuyanda duyursan ki, insan kamilliyi birtərəfli, kiminsə əsərləri-yaradıcılığı ilə tanış olmaqla başa gəlmir. Kamil, yaradıcı insan tarixdə qalmaq, yaddaşlara yazılmaq, tarixdən silinməmək üçün mütləq geniş elmi dünyagörüşə, fasiləsiz mütaliəyə sahib olmalıdır. Elə bunu nəzərə alaraq kitabda yazılır:”Sabir Axunov ideyalarını məhz Füzulidən öyrəndiyi, mənimsədiyi sənətkarlığın gücü ilə öz yaradıcılığındakı məlum zirvəyə qaldırır”.
Müəllif Sabirin M.F.Axundov irsi ilə tanışlığı haqqında əldə heç bir rəsmi sənədin olmadığını qeyd edir. Lakin tutduğu yol, gördüyü işlər, qarşısına qoyduğu həlli tələb olunan məsələlər isə Sabirin Axundov yaradıcılığından qidanlandığını göstərən faktlar kimi ortaya qoyulur.
Bununla bağlı Tofiq Hacıyev yazır: “Böyük satirikin M. F Axundov irsi ilə bilavasitə tanışlığı haqqında hələlik heç bir tarixi sənəd yoxdur. Lakin bu sənədsizlik iki sənətkarın üslub yaxınlığı kimi böyük faktın qarşısnda gücsüzləşir”.
Tofiq Hacıyev Sabirlə Axundovu müqayisə edəndə onların hər ikisinin yaradıcılığının xalq mənafeyinə xidmət etdiyini, xalqın dərdinin öz dərdi hesab edib, onu aradan qaldırmağın yollarını axtardıqlarını xüsusi olaraq qeyd edir. Bunu nəzərə alaraq kitab müəllifi yazır: “Ədəbiyyatımızın tarixindəki inqilabi çevriliş cəsarətinə görə M. Ə. Sabiri nə Q. B. Zakirlə, nə S. Ə. Şirvani ilə yox, məhz və yalnız M.F.Axundovla müqayisə etmək olar, ona bərabər tutmaq olar”. Tofiq Hacıyevin Sabiri Axundovla müqayisə etməsi onların yaşadıqları dövrlərin ictimai-siyasi atmosferinin müqayisəsindən irəli gəlir. Onların yaradacılığında öz əksini tapan inqilabi çevriliş ideyalrını dilə gətirib qələmə almaq müxtəlif formalarda qarşılanırdı ki, bu cür fikirləri irəi sürmək Axundov zamanında çox çətin və məsuliyyətli idi.
Professor Tofiq Hacıyev yazır: “Sabir də ədəbi formalara Mirzə Fətəli tələbləri ilə yanaşırdı. O dövrün tələbinə, “millətin işinə yarayan” formaya müraciət etdi, inqilabi satıranın bünövrəsini qoydu. Axundovla Sabirin yaxınlığı təkcə ideya, məslək birliyində, estetik baxış uyğunluğunda deyildir.
M.F.Axundovun komediyaları ilə M. Ə. Sabir satiraları arasında cidd üslübi təmas vardır”.
Müəllif Axundov və Sabir yaradıcılığında qarşıya qoyulan məqsəd, tənqid hədəfləri, həyata baxış və həlli vacib olan məsələlərdə bir yaxınlıq görür və bu yaxınlığı belə ifadə edir: “Həm M.F.Axundovun, həm də M. Ə. Sabirin üslubunda tənqid başlıca yer tuturdu: onlar ictimai qüsurları amansızcasına ifşa edirdilər. Axundov da, Sabir də mənəvi eybəcərliyin, əxlaqi şikəstliyin, ictimai xəstəliklərin səbəbini mövcüd ictimai quruluşda görürdülər”.
M. Ə. Sabirin “Molla Nəsrəddin” jurnalında ilk dəfə çıxan şeiri haqqında müxtəlif fikirlər söylənilir. Bu məsələ ilə bağlı C.Məmmədquluzadə haqqında nəşr olunan məqalələr toplusunda geniş məlumat verilmişdir.
Müəllif “Molla Nəsrəddin” və M. Ə. Sabir haqqında danışmağa başlayanda yazır: “Molla Nəsrəddin” və M.Ə.Sabir. Bir qədər qəribə səslənir: məgər “Molla Nəsrəddin”lə M.Ə.Sabiri ayrılıqda təsəvvür etmək mümükündür”?!
“Molla Nəsrəddin”in yaradıcısı Cəlil Məmmədquluzadə və onun dostu Mirzə Ələkbər Sabir bu ədəbi məktəbin iki ən böyük feilidir. “Molla Nəsrəddin”i yığcamlaşdırıb şərti olaraq bir cümlə şəklində təsəvvür etsək, bu isim və bu feil onun baş üzvləridir”.
M.Ə.Sabir ilk şeiri “Molla Nəsrəddin” də nəşr olunandan başlayaraq sona qədər jurnalla əməkdaşlıq etmiş, digər qəzet və jurnallarda çap olunmaqla yanaşı, ömrünün sonuna qədər dost olduğu Cəlil Məmmədquluzadə ilə əlaqəsini kəsməmişdir. Ömrünün sonuna yaxın xəstəliyinin ağır çağlarında dostunun evində qalmış və C. Məmmədquluzadənin sayəsində həkim müayinəsindən keşmişdir.
Bütün bunlar Sabirin Mirzə Cəlillə dostluğunun son dövlərində baş vermişdi. Sabirin Mirzə Cəlillə ilk tanışlığı “Molla Nəsrəddin” jurnalının birinci nömrəsinin çapı ilə başlamışdı. Şamaxıda jurnalın ilk nömrəsini alıb oxuyan Sabir sanki yeni bir aləmlə qarşılaşır. Jurnalın “Sizi deyib gəlmişəm” sərlövhəli məqaləsi ilə tanış olub “Gər qeyriləri cəmdəyinə vursala, dinmə” misrası ilə başlanan şeiri oxuyandan sonra sanki yeni bir aləmə düşür. “Molla Nəsrəddin”in köməyinə çatmağa çalışır. Jurnalın tutduğu yolu, qarşısına qoyduğu məqsədi və
üslubunu nəzərə alıb. “Millət necə tarac olur, olsun, nə işim var?!” şeirini yazıb redaksiyaya çatdırır. Bu andan da başlayaraq Sabirin jurnalla sıx əlaqələri başlayır.
Sabirin jurnalla əlaqəsinin yaranmasına işarə edən professor Tofiq Hacıyev yazır: “Beləliklə də, “Molla Nəsrəddin” nadir istedad sahibi olan öz Sabirini tapmışdı. Həm də gözlədiyindən də tez, gözlədiyindən də yaxşı”.
Müəllif “Molla Nəsrəddin” də nəşr olunan Sabir şeirlərinin adi şeirlər olmadığını söyləyir və qeyd edir ki, “Sabirin məqsədi bu sözlərlə döymək, zərbə vurmaqdır. Bunun üçün də onun satiralarında heç bir söz orta çəkidə çıxış etmir; onda hər söz öz ağırlığının ən yüksək dərəcəsindədir. Sabir şeiri üçün sözü maksimum ağırlığı səciyyəvidir.”
Kitabda əvvəldən axıra qədər Sabir yaradıcılığının qidanlandığı mənbələr, lap sonra isə Sabir yaradıcılığından qidalanan C.Cabbarlının böyük satirikə olan məhəbbət və vurğunluğundan ola söhbət açılır.
Konkret faktlarla qeyd olunur ki, Sabir özündən əvvəl yaşayıb-yaratmış Füzuli, Axundov, “Molla Nəsrəddin” dən necə qidalanmışdırsa, C.Cabbarlıda Sabir yaradıcılığından o dərəcədə qidalanmışdır. Sabir yaradıcılığının C.Cabbarlıya təsiri C.Cabbarlı əsərlərində Sabir tiplərinin izləri ayrıca bir tədqiqat əsərinin mövzusudur. Biz ona görə də bu məsələdən geniş \şəkildə danışmadıq və yazmadıq.
Akademik Tofiq Hacıyev bu kitabda təkcə satiraya, bu janrda yazan görkəmli sənətkarlara diqqət göstərməmiş, eyni zamanda, bi kitabda diqqət mərkəzinə gətirilən məsələlərin hərtərəfi tədqiqata ehtiyacı olan məsələlər olduğunu göstərmişdir.
Bu kitabda akademik dörd elmi iş mövzusnun, o cümlədən “Sabir və Füzuli”, “Sabir və Axundov”, “Sabir və C.Məmmədquluzadə” və nəhayət “C.Cabbarlı və Sabir” mövzularının işlənməsi vacibliyini diqqətə çatdırmış, bu məsələlərin həllini özündən sonra gələn elm adamlarının öhdəsinə buraxmışdır.
“Son söz yerinə” başlıqlı bölmədə akademik Tofiq Hacıyev Sabir haqqında olan fikirlərinə sanki yekun vururaraq yazır: “Poeziyamızın tarixində, nəhayət, Füzuli “tilsimi” tamam qırıldı. Onu Sabir dağıtdı. Lakin o özü poeziyada yeni bir tilsim yaratdı, Sabir tilsimi!”
Akademik Tofiq Hacıyevin əsərlərində bu və bu kimi, cəsarətli, yeni, yalnız onun özünə məxsus dərin siqlətli fikirlər, əbədi-bədii müzakirələr çoxdur. Yəqin ki, gələcək nəsillər Tofiq müəllimin zəngin irsindən həmişə bəhrələnəcəklər...
Akademik Tofiq Hacıyevin ədəbi irsi tükənməz bir xəzinədir
Azərbaycandilli satirik şeirə akademik baxış

Sərdar Zeynal,
Filologiya üzrə elmlər doktoru
MİA.AZ
İmamoğlu ilə AKP-çı dilləşdi: "Sus, tərbiyəsiz!
Livan yenə bombardman olunub - 18 nəfər ölüb, 26 nəfər yaralanıb
Ordubad rayonunda zəlzələ olub
Müəllimlər birgünlük etiraza başlayıb - Büdcəyə görə
Prezidentin köməkçisi, şöbə müdirləri... - PA-nın vəzifəli şəxslərinin qəbulu cədvəli açıqlandı
Qar yağacaq
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimdə - Açıqlama (FOTOLAR)
DEPUTATLAR TOPLANIR: daha 15 qanun dəyişəcək - SİYAHI
"Güldür Güldür"ün məşhur aktyoru: "Nəzərdən çox qorxuram"
Bu rayonlara qar yağır - Siyahı
İsrail hərbçiləri daha ikisi uşağı həbs edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kəmaləddin Heydərov rəisi vəzifədən azad edib - Yeni təyinat
Azərbaycan və İranın birgə hərbi təlimi başa çatıb - FOTOLAR
MSK bu DSK-lərin hüdudlarında dəyişiklik edib - SİYAHI
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
“Taliban"la əlaqə saxlamaq vacibdir” - Peskov
Kremlin mətbuat katibi: "Ukraynaya nüvə silahı vermək..."
Hikmət Hacıyevdən növbəti paylaşım: ""Politico" nəşri dezinformasiya yaymaqda davam edir"
AFFA "Səbail" klubunu cərimələyib
Qəzzada savaşın 417-ci günü: ölənlərin sayı 44249-a yüksəlib
Borrell: "Müharibəni dayandırın..."
Prezident İlham Əliyev sərəncam imzaladı
Məhkəmə hakimi təqaüdə göndərilib
“Kontakt Home” kredit bataqlığında - MİNLƏRLƏ MƏHKƏMƏ İŞİ VƏ...
BAKIDA DAHA BİR TİKTOKER HƏBS OLUNDU - Məhkəmə 60 sutka cəza kədi
Deputat Milli Məclisdə: "...bunu heç cür ötüşdürmək olmur"
Rəis, yoxsa Baş mühəndis? - Həbs xəbəri yayılan idarə rəisi deyil
Sabah Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq
Məmur, yoxsa biznesmen? - ARB KANALININ BİNASININ SAHİBİ BARƏDƏ ELƏ İDDİALAR YAYILDI Kİ...
BİR QRUP VƏZİFƏLİ ŞƏXS QANDALLANDI - Milyonlarla manatlıq əməliyyatların TƏFƏRRÜATLARI
Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb
İstanbulda terrorçulara qarşı daha bir əməliyyat: saxlanılanlar var
İnstituta direktor əvəzi təyin olunub
Yarımcan olan xəstəyə niyə əlilik verilmir? - Şirvan sakini özbaşınalıqla bağlı Prezident və xanımına üz tutub