Suriyada druzlarla bədəvi ərəb qəbilələrin döyüşü şiddətlənib - Nə baş verir?
DÜNYA
14.07.2025, 17:39
Suriyanın Süveyda bölgəsində İsrailin dəstəklədiyi druz qüvvələri ilə bədəvi ərəb qəbilələri arasında şiddətli döyüş gedir.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə Suriyanın dövlətə məxsus Xəbər Kanalına Suriya Müdafiə Nazirliyi açıqlma verərək, faktı təsdiqləyib.
Bildirilib ki, əraziyə əlavə ordu və polis gücləri yola salınıb: "Təəssüf ki, druz silahlıları hərbçilərə hücum çəkərək, 6 əsgərimizi öldürüblər, yaralılarımız var".
Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba isə yerli mətbuata açıqlamasında deyib ki, onlar Sueyda əhalisinin kömək çağırışlarına cavab verirlər: "Biz eyni zamanda, bölgədəki nüfuzlu şəxslərlə, əçirət liderlər ilə koordinasiya halındayıq. Müdafiə və Daxili İşlər nazirlikləri tərəfindən bölgədə əlavə təhlükəsizlik tədbirləri görüləcək, bölgəyə yeni qüvvələr yerləşdiriləcək. Burada məqsəd dövlətin hakimiyyətini və qanunun aliliyini bərqərar etmək və qeyri-qanuni silahlı birləşmələri tərksilah etməkdir".
Məlumatda deyilir ki, dünən səhərdən başlayaraq, hazırda əyalətin cənubundakı Kenaker qəsəbəsində, eləcə də qərb çölündə döyüş gedir.
Bu arada Dürzi liderlərindən Hicri baş verənlərlə bağlı açıqlama verərək, Suriya ordusu və təhlükəsizlik qüvvələrinin bölgəyə girməsinə icazə verməyəcəklərini bəyan edib. O, hətta Suriya hökumətini bədəvi qəbilələrinə hərbi dəstək verməkdə günahlandırıb və beynəlxalq müdafiəyə ehtiyaclarını olduğuu dilə gətirib.
Suriya mediası yazır ki, druzların liderinin açılamasının yayıldığı dəqiqələrdə İsrail döyüş təyyarələrinin Suriyanın cənubunda Quneytra-Suveyda-Daraa xətti boyunca alçaqdan uçuşlar həyata keçirib.
Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrail hökuməti Druzi toplumuna Dəməşq hökumətinə qarşı hərbi və siyasi dəstək vədi verib.
Tahir Şəlvəli
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şahin Mustafayev Federasiya prezidenti seçilib
Bugün, 16:06 İDMAN
-
"Leytenant" rütbəsi ilə bağlı hərbi qanunlar dəyişir - DETALLAR
Bugün, 16:05 GÜNDƏM
-
Prezident deputatı təltif etdi - Sərəncam
Bugün, 15:59 GÜNDƏM
-
Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Bugün, 15:34 MƏDƏNİYYƏT
-
Universitetin birinci kurs tələbələrini təhdid edənlər haqqında araşdırma başlayıb
Bugün, 15:29 CƏMİYYƏT
-
"Siz videoda butulka görürsünüz?" - Baləli ilə meyxanaçı toyda dalaşıblar
Bugün, 15:22 ŞOU-BİZNES
-
"Qalatasaray" 30 milyon avroya aldığı futbolçunu yola salmaq üçün yol axtarır
Bugün, 15:06 İDMAN
-
Avropa İttifaqından Kanadaya jest - "Assosiativ üzv" statusu təklif olunub
Bugün, 14:57 DÜNYA
-
“Veysəloğlu” MMC Azərbaycanda ilk dəfə “BRCGS Storage and Distribution” sertifikatını əldə edib (FOTO)
Bugün, 14:44 İQTİSADİYYAT
-
Əhdiman və dostu sərbəst buraxıldı
Bugün, 14:27 KRİMİNAL
-
Azərbaycanda internet tarifləri artırılır
Bugün, 14:19 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi Pusu" serialı ilə bağlı istintaq başladıldı - FETÖ ilə əlaqə araşdırılır
Bugün, 14:08 MƏDƏNİYYƏT
-
Havvaxanım Rüstəmovaya hökm oxundu
Bugün, 13:36 KRİMİNAL
-
Ermənilərin diplomatlara qarşı əsassız hücumu... - Musa Musayev yazır
Bugün, 13:25 SİYASƏT
-
"Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlanıb
Bugün, 13:13 İDMAN
-
Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub
Bugün, 13:07 İQTİSADİYYAT
-
İSRAİL QƏZZANI 2 MİLYONLUQ FƏLƏSTİNLİLƏRDƏN BOŞALTMAĞA HAZIRLAŞIR - Nazir "əhatəli hücum an məsələsidir" anonsunu verdi
Bugün, 12:58 DÜNYA
-
ABŞ ordusu yanacaq qaçaqmalçılarına qarşı əməlyyat keçrdi - Tanker batırıldı
Bugün, 12:58 DÜNYA
-
Cavid Qurbanovun əmisi oğlu nədə ittiham olundu? - Məhkəmə hökm çıxardı
Bugün, 12:41 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 12:31 CƏMİYYƏT
-
İdxal rüsumlarının artırılması yerli şərab istehsalını nə qədər qoruyacaq? - Samir İsmayıldan açıqlamalar
Bugün, 12:25 İQTİSADİYYAT
-
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında - FOTOLAR
Bugün, 12:12 GÜNDƏM
-
Mourinyo: "Arda Gülər vazkeçilməz deyil"
Bugün, 12:00 İDMAN
-
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib - MƏTN
Bugün, 11:53 GÜNDƏM
-
İsa Həbibbəylidən Ramiz Mehdiyevlə bağlı - Açıqlama
Bugün, 11:53 SİYASƏT
-
Tramp gözlənilməz zərbə aldı - 7 Respublikaçı İrana hücumu bloklayan qərara "hə" dedi
Bugün, 11:39 GÜNDƏM
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
Bugün, 11:32 GÜNDƏM
-
Lionel Messi bu matçla milli komanda ilə vidalaşacaq
Bugün, 11:22 İDMAN
-
DAHA BİR QHT SƏDRİNƏ HÖKM OXUNDU
Bugün, 11:17 SİYASƏT
-
Gürcüstan Azərbaycana yeni səfir təyin etdi
Bugün, 11:12 SİYASƏT
-
ETN-dən növbəti əmr: məktəblərdə tədris planları təsdiqlənib
Bugün, 11:06 GÜNDƏM
-
Adil Rzayev baş həkim təyin olundu
Bugün, 11:00 CƏMİYYƏT
-
Daha bir neçə bələdiyyənin adı dəyişir - DETALLAR
Bugün, 11:00 CƏMİYYƏT
-
Partiya sədri istintaqa ifadəsindən danışdı: "İcra başçısı, nazir, nazir müavini olanlar qalıb qıraqda, mən..."
Bugün, 10:47 SİYASƏT