Ziyalılar Forumu fəaliyyətini dayandırıb

img

13-01-2014 [16:25]


"Ziyalılar Forumu Rüstəm İbrahimbəyov Bakıda olanda aktiv fəaliyyət göstərirdi. Forumla bağlı məsələlərin də təşəbbüskarı o idi. İbrahimbəyov Bakıda olmadığından Ziyalılar Forumu fəaliyyət göstərmir”.

Bunu Modern.az-a Ziyalılar Forumunun üzvü, "Ayna” və "Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib. O bildirib ki, Ziyalılar Forumu qeydiyyatdan keçmiş təşkilat deyil:

"Fikrimcə, forum 3-4 ziyalı, bir-birinin fikrini öyrənmək istəyən mədəni insanların müzakirə aparmasından asılı idi. İndi o müstəvidə problem yoxdur. Problemlər artıq siyasi müstəviyə keçib. Ona görə də Ziyalılar Forumunun fəaliyyəti yoxdur. Bu, təbiidir. Orada mənim dostlarım var. Onlarla həmişə görüşürəm. Qulu Məhərrəmli, Arif Əliyev və başqaları ilə həmişə əlaqə saxlayıram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA