Azərbaycanlı tələbə dünyanın ən böyük hüquq gənclər təşkilatına vitse-prezident seçilib - FOTOLAR
30-04-2021 [11:55]
Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Avropanın 44 ölkəsində 350-dən çox şəhər və universiteti, o cümlədən 54 500-dən çox gənci özündə birləşdirən dünyanın ən böyük hüquq gəncləri və tələbələri təşkilatıdır.
Mia.az Vəkillər Kollegiyasına istinadla xəbər verir ki, bu təşkilatın əsası 1981-ci ildə, Azərbaycan nümayəndəliyinin əsası isə 2010-cu ildə qoyulmuşdur. ELSA-nın əsas fəaliyyəti gənclər üçün hüququn müxtəlif sahələrinə dair faydalı yerli və beynəlxalq tədbirlər, müsabiqələr, ölkələrarası təcrübə proqramları keçirməklə onların inkişafına dəstək göstərməkdir.
ELSA-nın Azərbaycandakı Milli İdarə Heyəti üzvü Samirə Səfərova 11-17 aprel 2021-ci il tarixlərində keçirilən Beynəlxalq Şura Toplantısında 20-dən çox ölkənin səsini toplayaraq, Beynəlxalq İdarə Heyətinin (BİH) Akademik Fəaliyyətlər üzrə Vitse-Prezidenti vəzifəsinə seçilmişdir.
Qeyd edək ki, BİH təşkilatın ali icra orqanıdır və BİH-in 8 üzvü Belçikanının Brüssel şəhərindəki ELSA-nın baş ofisində bir illik müddətə fəaliyyət göstərir. Onların əsas işi üzv ölkələrdən verilən məlumatları toplamaq, onları müvafiq olaraq hazırlamaq, o cümlədən Ölkə və Şəhər qrupların əlaqələndirilməsi və idarə edilməsidir. Həmçinin, BİH beynəlxalq təşkilatlar, firmalar, hökumətlər, digər gənclər assosiasiyaları və s. ilə peşəkar əməkdaşlığı həyata keçirir.
Bununla yanaşı, Samirə Səfərova Vəkillər Kollegiyası və ELSA Azərbaycanın təşəbbüsü ilə fəaliyyətə başlamış “ProDemos – Xalq üçün” təşkilatının İdarə Heyəti üzvüdür və bu gün keçirilmiş görüşdə də Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu uğur münasibətilə Samirə xanımı təbrik etmiş, Kollegiyanın hər zaman gənclərin yanında olduğunu bildirmiş və sonda Azərbaycan vəkilliyinin 100 illik yubileyinə həsr olunmuş markalar hədiyyə edilmişdir.
Məlumat üçün bildiririk ki, Vəkillər Kollegiyası ilə ELSA Azərbaycan arasında imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq, Vəkillər Kollegiyası Rəyasət Heyətinin dünən, yəni 28.04.2021 tarixində keçirilmiş iclasında sözügedən təşkilatın bu dönəm layihələrindən “Moot Court” - Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinə, o cümlədən hüquqi mübahisənin müzakirəsi və vəkilliyə marağın artırılması ilə bağlı Danışıqlar Müsabiqəsinə maddi dəstəyin göstərilməsi qərara alınmışdır.
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var