Xudayar Yusifzadəni tənqid edən Fuad Rəsulzadə döyülüb

img

29-04-2021 [10:00]


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, yayılan videogörüntülərdən xəbərdardırlar: "İnsidentdə iştirak edən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir".

Qeyd edək ki, sosial şəbəkə istifadəçisi F.Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb. F.Rəsulzadənin döyülməsinə səbəb kimi bir müddət əvvəl onun şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım göstərilir. Həmin paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etirazla qarşılanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR