Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
27-04-2021 [00:16]
Qoç - Gün ümumən pis deyil. Amma emosional fon əlverişsiz olduğundan baş verənlərdən narazı qala bilərsiniz. Yaranmış situasiyanı obyektiv dəyərləndirin. Belədə görəcəksiniz ki, durumun müsbət tərəfləri mənfi yönlərdən daha çoxdur. Mürəkkəb, ağır işlərə, genişmiqyaslı layihəyə başlamayın. Bütün diqqəti və səyləri cari işlərin görülməsinə yönəldin.
Yaşlı qohumlarla mübahisə yarana bilər. Ailədə münaqişənin formalaşmasına imkan verməyin. Çətin vəziyyətdə güzəştə getməyi bacarın.
Günün sonunda səhhətinizdə kiçik problemlər yarana bilər.
Buğa - Gərgin, mürəkkəb gündür. Mühüm qərar qəbul etmək gərəkdir. Diqqətinizi cəmləyin, konkret addımlar atın. Kimsə və ya nə isə sizi işdən, fikirlərinizdən yayındırmamalıdır. Yardım üçün dostlara və ya qohumlara uz tutsanız, yalnız vədlər alacaqsınız.
Müstəqil, təkbaşına çalışın.
Pula görə mübahisə yarana bilər. Ailə büdcəsindən istifadə ilə bağlı fərqli fikirlər var.
Günün ikinci yarısı səhhətinizə fikir verin. Alış-veriş etmək olar, amma bədxərclik etməyin.
Əkizlər - Çətinliklər və problemlər az olmasa da, onları qət etməyin yollarını tapın. Gözlənilməz təklif və dəvətlərin alınması mümkündür. Son vaxtlar darıxdığınız insanla görüş istisna deyil.
Münaqişələrin nizamlanması, umu-küsüdən sonra barışmaq, münasibətlərin bərpası, səhv addım və ya anlaşılmaz qərara görə pozulan təmasların normal hala gətirilməsi üçün yaxşı gündür.
Günün ikinci yarısında yaxşı fiziki formada olmağa çalışın. İdman və ya aktiv istirahətdə xeyir var. Pəhriz saxlamaq, sağlam qidalanmaya keçmək olar. Zərərli vərdişlərdən birindən əl çəkin.
Xərçəng - Vurnuxma və tələskənlik olmadan çalışın, düşünülməmiş addımlar atmayın. Adi, rutin rejimdə işləməyə davam edin. Yaşamınızın bir sıra sahələrində yeniliklər başlana bilər. Sizi uzun müddətdən bəri narahat edən problemi həll edin.
Günün ikinci yarısında yeni tanışlıqlar, romantik münasibətlərin başlanması istisna deyil. Həmin təmaslar bir qədər sonra həyatınızda önəmli rol oynaya bilər.
Axşam saatlarında səhhətinizdə pisləşmə, ağrıların yaranmaması üçün özünüzü qoruyun. İfrat yorğun düşməyin.
Şir - Kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli gün deyil. İri miqyaslı anlaşmalar və sövdələşmələri ertələyin. İşgüzar hissiyatınız və intuisiyanız bu gün sizi aldada bilər. Günün daha bir xoşagəlməz nüansı odur ki, sizə zərər vura biləcək insanlarla tez-tez münaqişəli vəziyyət yaradırsınız.
Sözlərinizdə və hərəkətlərinizdə təmkinli olsanız, gələcəkdə çətinliklərdən qurtula bilərsiniz.
Günün ikinci yarısında planlaşdırılmamış səfərlər, səyahətlər ola bilər. Əvvəlcədən hazırladığınız planların bəzilərindən imtina etməli olacaqsınız. Baş verənlər sizi pərişan etməsin. Ruhdan düşməyin.
Yaranmış situasiyadan yararlanmağın yollarını tapın.
Qız - Bu gün diqqət mərkəzində olacaqsınız. Yeni tanışlardan biri yaşamınızda əhəmiyyətli rol oynaya bilər. Bu gün başlayacaq münasibətlər uzun müddət davam edə bilər. Ailə işlərinə yetərincə vaxt ayırın. Yaxınlarınızdan birinin maliyyə dəstəyinə ehtiyacı var.
Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Məişət texnikası kimi praktiki baxımdan sərfəli və gərəkli əşyalarla yanaşı, sırf estetik məzmunlu predmetlər almaq olar.
Axşam saatlarını aktiv istirahətə həsr edin.
Tərəzi - Gərgin, qarışıq, mürəkkəb gündür. Bütün səylərinizə rəğmən, sakit davranmaq çətinləşir. Sizi təbdən çıxaracaq insan mütləq tapılacaq. İşgüzar məsələni həll etmək fikriniz varsa, etibarlı, sınanmış insanlarla çalışın.
Alış-verişdə bədxərclik etməyin.
Günün ikinci yarısında əks cinsin diqqətini cəlb etmək üçün xüsusi səylərə ehtiyac yoxdur.
Diqqətli, sərvaxt olun. Diqqətinizə layiq olmayan insanla ünsiyyətə can atmayın.
Əqrəb - Gün uğur vəd edir. Sadəcə, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyət, əzm və iradə gərəkdir. Maliyyə məsələlərində qarışıqlığa yol verməmək üçün xərcləri optimallaşdırın, daha aktiv çalışmaq üçün səy göstərin.
Nəzərdə tutulmamış əşya və ya məhsul almayın. Çox pul itirə bilərsiniz.
Günün ikinci yarısında dəvət aldığınız yerə yollanın. Yeni tanışlıqlar olacaq. Birgə çalışdığınız insanlarla ünsiyyətdə səmimi və səbirli olun.
Axşam saatlarında pul "gəliş"i istisna deyil.
Oxatan - Adi günlərdən fərqli olaraq indi yolunuzda yaranan maneələrin sayı artır. Onların dəf olunması sizi əməllicə yorur. Həddən ziyadə böyük hədəfə çatmağa çalışsanız, əldən düşə bilərsiniz. Məqsədləri dəqiq müəyyənləşdirin, niyyətlərinizin konkret olmasına çalışın. Emosional fon stabil deyil. Əhvalınız tez-tez dəyişəcək. Ətrafınızdakı adamlarla münaqişəli situasiyalar yaratmayın.
Maliyyə məsələləri arzuolunan səviyyədə deyil. Planlaşdırılmış alış-verişə pul çatmaya bilər. Axşam saatlarını sakit istirahətə həsr edin. Bu, sizə qüvvələrinizi bərpa etməyə imkan verəcək.
Oğlaq - Məhsuldar çalışa biləcəyiniz uğurlu gündür. Bir dəqiqənizi də fövtə verməyin. Gərəkli hesab etdiyiniz kimi, vacib saydığınız istiqamətdə çalışın. Kimsəyə imkan verməyin ki, sizi yoldan çıxarsın.
Səmimi və qayğıkeş olsanız, yeni tanışlarla yanaşı, indiyədək sizə layiq olduğunuz dəyəri verməyən insanlarla rəğbət hissləri yarada bilərsiniz.
Günün ikinci yarısı hüquqi məsəllərin həlli, sənədləşdirmə, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət üçün əlverişli zamandır. Birgə layihələrin həyata keçirilməsinə başlamaq olar. Yeni müttəfiq sizi çətin anda tək qoymayacaq.
Dolça - Gün ərzində yaranan problemləri vaxtında həll etməyə çalışın. Hətta ən çətin situasiyada belə geri çəkilməyin, ruhdan düşməyin. Yaxın ətrafınızdakı insanlar barəsində düşünülməmiş qərarlar verməyin.
Bilik və bacarıqların artırılması, dünyagörüşünün daha səbatlı edilməsi üçün əlverişli zamandır. Nə isə öyrənə biləcəyiniz insanlarla aktiv ünsiyyətdə olun.
Günün ikinci yarısı səfər və səyahətlər, ezamiyyət üçün əlverişlidir. Təkbaşına, müstəqil işləməkdən çəkinməyin.
Peşə fəaliyyətinizlə bağlı məsələləri qeyri-formal, rahat şəraitdə müzakirə etmək olar.
Balıqlar - Səbrli və təmkinli olun. Problemlərin öz-özünə həll olunacağını gözləməyin. Bədxahlar, rəqiblər, çətin situasiya ilə mübarizəyə başlayın. Xəyallar və illüziyalara qapılmayın. Gün hadisələrlə zəngindir. İşlər çox olacağından yorulacaqsınız. Planlarda dəyişikliklər ola bilər. Nəticələr sizi təəssüfləndirəcək.
Günün ikinci yarısında münaqişəli situasiya yaranacaq. Davranış modelini yanlış seçməyin. Hissiyat və emosionallığı sizə yaxşı bəlli olan insanlara sərt iradlar bildirməyin.
Milli.Az
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var