“Azercell”in sürətli mobil interneti yerin üstünü də, altını da əhatə etməyə davam edir
24-04-2021 [13:08]
Lider operator LTE şəbəkəsini hərtərəfli genişləndirir
"Azercell” bütün abunəçilərini daha stabil şəbəkə və daha yüksək sürətli internetlə təmin etmək məqsədilə 2021-ci il ərzində də LTE şəbəkəsini təkmilləşdirməyə davam edib.
Mia.az xəbər verir ki, görülən işlər sayəsində bu ilin əvvəlindən etibarən "Azercell”in LTE şəbəkəsinin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib.
Təkcə ötən il ərzində "Azercell”in LTE şəbəkəsinin həm əhali, həm də ərazi baxımdan coğrafi əhatəsi təxminən 11 % genişləndirilib. Təkmilləşdirmə işlərinin aparıldığı müddət ərzində isə 2021-ci ilin mart ayının sonunadək şəbəkənin əhali üzrə əhatə dairəsi 85.3 %-ə, coğrafi əhatə dairəsi isə 72,8 %-dək artıb.
Layihə çərçivəsində 2021-ci ilin birinci rübü ərzində 201 LTE radio baza stansiyasında təkmilləşdirmə işləri aparılıb, mövcud 50 radio baza stansiyaya LTE texnologiyası əlavə olunub.
Bununla da, LTE şəbəkəsinə aid bu stansiyaların ümumi sayı 2742-yə çatdırılıb.
"Azercell”in gördüyü tədbirlər çərçivəsində Bakı metropoliteninin 18 stansiyası və tunellərində LTE - Daşıyıcı Birləşdirmə sistemi aktivləşdirilib və şirkət açılışa hazır olmaq üçün tam gücü ilə çalışır.
Xatırladaq ki, ötən il də yeni nəsil texnologiyanı təmin edən şəbəkənin genişləndirilməsi istiqamətində aktiv surətdə işlər aparılıb. Belə ki, 2020-ci ildə bu texnologiya üzərindən çalışan 784 ədəd yeni radio baza stansiya quraşdırılıb. Onların müəyyən hissəsi 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə işə salınıb. Təkcə ötən ilin sentyabr-dekabr ayları ərzində 118 yeni LTE stansiya istifadəyə verilib.
4G şəbəkəsinin təkmilləşdirilməsi, radio baza stansiyalarının sayının artırılması "Azercell”in təqdim etdiyi xidmətlərin keyfiyyətinə, təqdim olunan mobil internetin sürətinə də güclü təsir göstərib. Son 1 il ərzində "Azercell” şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcminə fikir versək, bu göstəricinin də 1.7 dəfə artdığını görərik. Mühüm göstəricilərdən biri də şəbəkə üzrə ötürülən ümumi data trafikin təxminən 71 %-nin LTE texnologiyası üzərindən daşınmasıdır.
Hazırda "Azercell”in 4G şəbəkəsi ilə 240 Mbps-ə qədər endirmə, 95 Mbps-ə qədər isə yükləmə sürəti əldə olunur. "Azercell”in 4G texnologiyasından istifadə edən abunəçilər böyük həcmli videoları daha yüksək keyfiyyətdə izləmək, bu faylları daha tez yükləyib ötürmək, kəsintisiz səsli zənglər etmək və digər üstünlüklər qazanırlar.
Qeyd edək ki, LTE şəbəkəsindən istifadə etmək üçün abunəçi 4G-ni dəstəkləyən mobil telefon və USİM sim kartına malik olmalıdır. SİM kartın bu funksiyasının olub-olmadığını yoxlamaq üçün həmin nömrədən "4G” yazıb 2525-ə göndərmək kifayətdir. SİM kartın 4G-ni dəstəkləmədiyi halda "Azercell”in davam etdirdiyi 4G kampaniyası çərçivəsində şirkətin istənilən satış və ya xidmət mərkəzində nömrənin 4G-ni dəstəkləyən dublikatını ödənişsiz əsaslarla əldə etmək mümkündür. Bu zaman "Azercell”dən abunəçilərə birdəfəlik bonus şəklində 5 GB həcmində internet paketi hədiyyə olunur.
Hazırda LTE şəbəkəsinin sürətinə görə "Azercell” "Öz sinfində” ("Best in class”) ən yaxşı operatorlardan biridir. Bunu dünya miqyaslı telekommunikasiya şirkəti olan "Ericsson”un apardığı bençmarkinq araşdırmaları göstərib. Digər tərəfdən, Avropanın "Systemics” şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələrinə görə, bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürəti, informasiyanın yüklənmə müddəti və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə "Azercell” ölkənin digər mobil operatorlarından öndədir. Şəbəkənin real zaman rejimində monitorinqinə imkan verən RTM (real time monitoring – real zamanda izləmə) sisteminin tətbiqi isə "Azercell” şəbəkəsinin keyfiyyətinə nəzarət mexanizminin yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün əlavə imkanlar yaradır.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var