Baltikyanı dövlətlər rusiyalı diplomatları ölkədən çıxarır

img

23-04-2021 [16:18]


Baltikyanı dövlətlər – Latviya, Litva və Estoniyanın xarici işlər nazirlikləri Rusiyanın bu ölkələrdəki səfirlik əməkdaşlarının ölkədən çıxarılması barədə qərar qəbul ediblər.

“RİA Novosti” xəbər verir ki, Latviya bir, Litva iki və Estoniya bir rusiyalı diplomatı ölkədən qovur.

“Çexiyalı müttəfiqlərimizlə həmrəylik rəmzi olaraq və Vyana konvensiyasının pozulması ilə əlaqədar olaraq, Latviya rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib. Latviya nə öz ərazisində, nə də tərəfdaşlarının və müttəfiqlərinin ərazilərində təxribata dözməyəcək”, - Latviya xarici işlər naziri Edqar Rinkeviç tviterdə yazıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA