Rusiya 5 polşalı diplomatı arzuolunmaz şəxs elan edib

img

23-04-2021 [14:14]


Rusiya Polşa səfirliyinin beş əməkdaşının ölkədən çıxarılması barədə qərar qəbul edib. Diplomatlar mayın 15-dək ölkəni tərk etməlidirlər.

TASS agentliyi xəbər verir ki, Polşanın Moskvadakı səfiri Kşiştof Krayevski Rusiya xarici işlər nazirliyinə çağırılıb və orada qərar barədə məlumatlandırılıb.

Bildirilib ki, Polşanın rusiyalı diplomatları qovmaq qərarına cavab olaraq nazirlik Polşa Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin beş işçisini “persona non grata” elan edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA