İrina Şeykin anası saunada yandı

img

08-01-2014 [16:21]


Rusiyalı super model İrina Şeykin anası saunada yanıb. Rusiya federasiyasında 2013-cü ilin seksual qadını seçilən modelin valideyini 2-ci və 3-cü dərəcəli yanıq xəsarəti alıb. 

Yanvar ayının 6-ı sevgilisi məşhur futbolçu Kristiano Ronaldo ilə birlikdə 28 yaşını qeyd edən Şeyk hadisə barədə şəxsi Facebook səhifəsində məlumat verib:

"Mən şokdayam! Anam saunada yıxılaraq ətrafı heç nə ilə əhatə olunmayan sobanın üzərinə yıxılıb. Saunanın sahibi Ermakov Stepan Nikolayeviç günahını boynuna almır və cəzaolandırılmayacağına inandığını deyir. Mən inanıram ki, bu məkan bağlanacaq”yazıb.

 Model eləcə də qeyd edib ki, hadisə baş verən sauna qanunsuz olaraq fəaliyyət göstərir. İrina şəhər admnistrasiyasından bu məsələni araşdırmağı və günahkarı cəzalandırmağı xahiş edib(anspress.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR