Azərbaycanda nazir koronavirusa yoluxdu: "O, karantinə alınıb"

img

21-04-2021 [13:52]


Azərbaycan mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub.

Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirdə yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb: "Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:51 06.05.2021

Sabah yağış yağacaq