FƏXRLƏ DEYİRİK: QARABAĞ AZƏRBAYCANDIR!
21-04-2021 [13:07]
Günlər, aylar keçdikcə Vətən müharibəsində qazandığımız tarixi qələbəmiz Vətən uğrunda canını fəda etmiş insanların qəhrəmanlığını bir daha göz önünə gətirir.
Tarix yazan bu igidlərin sayəsində Vətənimizin ərazi bütövlüyü təmin olundu. Yağı düşməndən qisas alındı. Bir sözlə günahsız insanların, Xocalı qurbanlarınn qisasını döyüş meydanında aldıq. Hər bir azərbaycanlının qürur hissi keçirdiyi bu müharibənin qələbəmizlə başa çatması Ali Baş Komandan cənab İlham Əliyevin apardığı güclü ordu quruculuğu, silahlanma siyasətinin düzgün aparılması, ölkənin iqtisadi qüdrətinin artırılması, balanslaşdırılmış xarici siyasət, siyasi sabitlik və təbii ki, vətəndaş həmrəyliyi nəticəsində mümkün olmuşdur.
2006-2007–ci illərdə neft–qaz kəmərləri inşa olundu. Dünyanın bir çox ölkələrinin təziqlərinə baxmayaraq Ermənistan bütün nəqliyyat, kommunikasiya, enerji xətlərindən və bu layihələrdən əldə edilən gəlirlərdən kənarda saxlanıldı. Ermənistan dalana çevrildi. Bu Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasətinin nəticəsi idi. Türkiyədən, İsraildən, Pakistandandan, Rusiyadan ən müasir 5 - ci nəsil silahlar alınaraq Azərbaycan Ordusunun istifadəsinə verildi. Ordumuz müasir silah – sursatla təhciz olunmaqla yanaşı hərbi kadrların hazırlanması da daim diqqətdə oldu. Türkiyənin ali hərbi məktəblərində NATO standartlarına uyğun minlərlə gənc təhsil aldı. Bütün sadaladığımız bu amillər Ermənistanla müharibənin tam qələbəmizlə başa çatmasında mühüm rol oynadı.
Torpaqların hər zaman sülh yolu ilə azad edilməsinə çalışan ölkə prezidenti yaxşı bilirdi ki, ermənilər işğal etdikləri torpaqları danışıqlar yolu ilə geri qaytarmayacaq. Odur ki, Dövlət büdcəsinin böyük bir hissəsi hərbi xərclərə yönəldildi. Ordunun döyüş qabiliyyəti möhkəmkəmləndirildi, müasir silah - sursat və texnika ilə təchiz edildi.
Düşmənlər 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənmiş istehkamlar qurmuş, sığınacaqlar tikmişdi. Lakin buna baxmayaraq müasir hərbi silah–sursatla təhciz olunmuş vətən sevgisi ilə alışıb yanan Azərbaycan əsgərləri hərb tarixinə öz adını əbədi həkk etdirdi. 44 gün ərzində işğal altında olan torpaqlarımız erməni faşistlərindən azad edildi.
Hərbi Qənimətlər Parkında olan hər bir kəs Azərbaycan Ordusunun qüdrətini görür. Parkda Azərbaycan Ordusunun düşmənlərdən qənimət kimi götürdüyü, məhv etdiyi 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan “ Qarabağ Azərbaycandır! ” şüarı əks olunan kompozisiya silahlı qüvvələrimizin gücünün göstəricisidir. Parkda ümumilikdə 300–dən çox eksponat, o cümlədən 150 – dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit–raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Bütün bunlar Azərbaycan Ordusunun düşmən üzərində parlaq qələbəsinin təzahürüdür. Həqiqətən də, Azərbaycan xalqı intiqamını düşməndən döyüş meydanında aldı. Şəhidlərimiz Vətən uğrunda, torpaq uğrunda canlarını qurban verərək ərazi bütövlüyümüzü bərpa etdilər. Xalqımız və Ali Baş Komandan birinci Qarabağ döyüşlərində Şəhid olmuş qəhrəmanlarımızın qisasını aldı. Biz bir daha bütün dünyaya torpaq və Vətən sevgisinin nə qədər müqəddəs olduğunu göstərdik.
Artıq fəxrlə deyirik: Qarabağ Azərbaycandır!
Ələmdar Quliyev
İmişli Rayon Təhsil Şöbəsinin müdiri
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb