Rusiya Bolqarıstan səfirliyinin iki əməkdaşını ölkədən çıxarır

img

20-04-2021 [14:53]


Rusiya Bolqarıstan səfirliyinin iki əməkdaşını ölkədən çıxarır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. 

“20 aprel tarixində Bolqarıstan səfiri Atanus Krıstin Rusiya XİN-ə dəvət edilib. Nazirliyin Bolqarıstanın Rusiyadakı səfirliyinin konsulluq xidmətinin birinci katibi N. Panayotova və səfirliyin ticarət və iqtisadi məsələlər üzrə xidmətinin birinci katibi Ç. Xristozovun “persona non qrata” elan etməsi barədə nota diplomata təqdim olunub”, - XİN-in məlumatında bildirilib. 

Diplomatlar 72 saat ərzində Rusiya Federasiyasının ərazisini tərk etməlidirlər/APA.

Xatırladaq ki, Bolqarıstan XİN martın 22-də Rusiyanın Sofiyadakı səfirliyinin iki əməkdaşını “persona non qrata” elan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA