Zülfiyyə: “Röya mənə sübut etdi ki...”

img

08-01-2014 [12:39]





Xalq artisti Zülfiyyə Xanbabayeva müğənni Röyanın ünvanına təriflər yağdırıb.

Axşam.az-ın məlumatına görə, müğənni ATV telekanalında yayımlanan "Onlar” verilişinə açıqlamasında Röyanın əsl dost olduğunu deyib:

"Sənət aləmində tək-tük dostlar var. Bunlardan biri də Röyadır. O bunu sübut etdi. Mən onun yaxşı dostluğunun şahidi oldum”.

106.3 FM-də yayımlanan "Muleyli” şousunda bir araya gələn Zülfiyyə Xanbabayeva, Röya və Miri Yusif "İlin mahnısı" seçilən "Dostum”dan da danışıb.
Röya radio tərəfindən keçirilən müsabiqədə həmkarlarının duetinin qalib olmasına sevindiyini bildirib:

"Ötən il bu müsabiqədə mənim "Gizli sevgi” mahnım birinci oldu. Bu il isə "Dostum" qalib gəldi. Xoşbəxtəm ki, "Milli dalğa” mükafatını milyonların sevgisini qazanan, birinci seçilən "Dostum” duetinin sahiblərinə, iki doğma insana - dostlarıma mən təqdim edirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA