Navalnı xəstəxanaya köçürüldü
19-04-2021 [14:12]
Aleksey Navalnı xəstəxanaya aparılıb.
"Moscow Times"in verdiyi xəbərə görə, bu barədə Navalnının saxlanıldığı həbsxana koloniyasına nəzarət edən Vladimir Vilayət Həbsxana Xidməti açıqlama yayıb.
"Həkimlərdən ibarət komissiya A. Navalnının məhkumlar üçün regional xəstəxanaya köçürülməsinə qərar verib. Navalnının sağlıq durumu qənaətbəxş kimi qiymətləndirilir və gündəlik olaraq həkimlər tərəfindən müayinə edilir. Xəstəyə razılığı ilə vitamin müalicəsi təyin edilib", - deyə açıqlamada qeyd olunur.
A. Navalnının təsisçisi olduğu Korrupsiyaya Qarşı Mübarizə Fonduna rəhbərlik edən İvan Jdanov isə bildirib ki, həbsxana rəhbərliyinin Navalnının vəziyyətinin qənaətbəxş olması barədə açıqlaması onu dəstəkləyənləri aprelin 21-ə təyin olunmuş ümummilli etiraz aksiyasında iştirak etməkdən çəkindirmək məqsədi daşıyır.
Qeyd edək ki, A. Navalnının həkimləri onda hər an ürək tutması ola biləcəyi barədə xəbərdarlıq ediblər. A. Navalnı xaricdən tibbi heyətin gələrək onun müayinə etməsinə icazə verilməsi üçün martın 31-də aclıq aksiyasına bağlayıb və bundan sonra onun səhhəti sürətlə pisləşib.
ABŞ Prezidenti Co Bayden də daxil olmaqla bir çox ölkəmin dövlət və hökumət başçıları A. Navalnının vəziyyətindən narahat olduqlarını bildiriblər. ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri deyib ki, A. Navalnı öləcəyi halda bunu Rusiya üçün "nəticələri" olacaq.
Dünyanın 70-dən çox görkəmli yazıçısı, sənətçisi və akademiki A.Navalnının müayinə və müalicəsinin təmin olunması barədə çağırış edib.
Bu gün isə Avropa İttifaqının xarici işlər nazirləri A. Navalnının vəziyyətini müzakirə edəcəklər.
Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, bloger A. Navalnı ötən il avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib, təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb. Almaniya A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə "Noviçok" qrupuna aid olan sinir iflicedici maddənin izlərinin tapıldığını bəyan edib. O, Almaniyada müalicə olunub. Müalicə bitdikdən sonra Rusiyaya qayıdan A. Navalnı hava limanında həbs edilib/APA.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb