Milli Məclisdə jurnalistlərin akkreditasiyası başlanıb

img

07-01-2014 [17:23]


Milli Məclisin yaz sessiyasında istər komitələrin iclaslarında, istərsə də plenar iclaslarda iştirak etmək üçün jurnalistlərin akkreditasiyasına başlanıb. Bu barədə Modern.az saytına açıqlama verən Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, jurnalistlərin akkreditasiya məktubları yanvarın 15-ə qədər qəbul olunacaq.

"Artıq jurnalistlərin Milli Məclisdə akkreditasiyası ilə bağlı bizə məktublar gəlir. Hətta dekabrın sonlarından parlamentin yaz sessiyasını izləmək istəyən jurnalistlərin məktubları daxil olub. Yanvarın 15-ə qədər bu proses davam edəcək. Sonrakı 5 gün ərzində isə parlamentin daxili nizamnaməsinə uyğun olaraq daxil olan müraciətlərə baxılacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA