Tbilisidə “Gürcüstan bankı”na basqın: girovlar azad olundu, basqınçı tutuldu - YENİLƏNİB

img

16-04-2021 [14:25]


Tbilisidə bank filialına silahlı basqın edən şəxs həbs olunub.

Məlumata görə, girovların hamısı azad edilib.

Xüsusi əməliyyat zamanı xəsarət alan olmayıb.

***

Tbilisidə “Gürcüstan bankı”nın filialına silahlı basqın edən şəxsin neçə nəfəri girov götürdüyü hələ məlum deyil.

“Report”un yerli bürosu xəbər verir ki, polis ətraf ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Yaxınlıqdakı Avlabar metrostansiyasının fəaliyyəti müvəqqəti dayandırılıb.

Polis hazırda xüsusi əməliyyat keçirir/Report.

****

Gürcüstanın paytaxtı Tbilisidə Avlabar metrostansiyasının yaxınlığında “Gürcüstan bankı”nın filialına silahlı basqın olub.

Basqınçının bir nəfəri girov götürdüyü bildirilir.

Hadisə yerinə çox sayda polis əməkdaşları cəlb olunub, ətrafdakı şəxslər təxliyə edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR