Avropa İttifaqı: "Ukraynanın ərazi bütövlüyünə qətiyyətli dəstək veririk"

img

15-04-2021 [17:33]


Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Vladimir Zelenski və NATO Baş katibi Yens Stoltenberqlə telefonla danışıb.

Bu barədə Ş. Mişel “Twitter”də yazıb.

O bildirib ki, bu gün Prezident Zelenski və NATO Baş katibi Stoltenberqlə telefon danışıqları zamanı Ukrayna sərhədləri yaxınlığında Rusiyanın hərbi heyətinin artmasını dərin narahatlıqla müzakirə ediblər: "Aİ Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə birmənalı dəstəyində qətiyyətlidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA