Ruhanidən xəbərdarlıq: "İran uranın 90 faizədək zənginləşdirilməsinə başlaya bilər"

img

15-04-2021 [12:31]


İran uranın 90 faizədək zənginləşdirilməsinə elə bu gündən başlaya bilər.

TASS agentliyi xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

Lakin prezident İranın nüvə bombası yaratmağa çalışmadığını bildirib.

Onun sözlərinə görə, nüvə sazişinin tərəfləri razılaşmaya qayıtsalar, uranın zənginləşdirilməsi 3,67 faizi keçməyəcək. Bu, Birgə Hərtərəfli Fəaliyyət Planının (başqa adı ilə nüvə sazişinin) şərtlərində nəzərdə tutulmuş maksimum zənginləşdirmə faizidir.

Bir qədər öncə İran xarici işlər nazirinin müavini Abbas Əraqçı Tehranın çərşənbə günündən etibarən uranı 60 faizədək zənginləşdirməyə başlayacağını deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA