Kiyevdə sərt karantin rejimi iki həftə uzadılıb

img

14-04-2021 [15:08]


Ukraynanın paytaxtı Kiyevdə pandemiya ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən sərt karantin iki həftə uzadılıb.

Bu barədə şəhər meri Vitali Kliçko onlayn brifinq zamanı bildirib.

Ötən gün ərzində Ukrayna paytaxtında 1 457 yeni yoluxma faktı aşkar edilib, 47 nəfər yoluxma nəticəsində ölüb. Kiyev Ukraynanın bütün bölgələri arasında xəstə sayına görə liderdir.

V.Kliçko bildirib ki, şəhərin ixtisaslaşmış tibb müəssisələrində çarpayıların demək olar ki, 71 faizi koronavirus xəstələri tərəfindən tutulub. Xəstələrin əksəriyyəti ağır vəziyyətdədir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA