Misirdə avtobus aşıb: 20 nəfər ölüb, 3 nəfər yaralanıb

img

14-04-2021 [12:19]


Misirdə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 20 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə ölkə paytaxt Qahirədən 320 km cənubda yerləşən Assiut şəhərində baş verib.

Sürücü yük avtomobilini ötüb keçmək istəyən zaman idarəetməni itirib və avtobus aşıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə 36 təcili tibbi yardım briqadası göndərilib. Bundan başqa ərazidəki bütün xəstəxanalarda hazırlıq işləri görülüb.

Avtobus Qahirədən başqa bölgəyə gedirmiş.

Məlumata görə, 2019-cu ildə Misirdə baş verən 10 min yol qəzasında 3 480-dən çox insan ölüb. 2018-ci ildə isə 8 480 qəza, 3 080 ölüm hadisəsi qeydə alınıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA