Türkiyənin XİN başçısı: "Misirlə əlaqələrdə yeni dövr başlayır"

img

14-04-2021 [11:51]


“Türkiyə-Misir əlaqələri üçün yeni bir dövr başlayır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Rəsmi Ankaranın Misirə səfir təyin edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran nazir deyib: “Bu məsələni hələlik müzakirə etməmişik. Xarici işlər nazirlərinin müavinləri və diplomatlar səviyyəsində bir toplantı olacaq. Səfir təyinatı məsələsi orada gündəliyə gələ bilər. Bu görüşün tarixi hələ ki məlum deyil”.

“Misirlə qarşılıqlı ziyarətlər olacaqmı” sualına isə M.Çavuşoğlu belə cavab verib: “Niyə olmasın. Qarşılıqlı ziyarətlər də, görüşlər də olacaq”./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA